Jurnalistlər üçün info tur təşkil olunacaq
20 May 2016 13:39 SosialQalaalti otel & SPA" Sağlamlıq və İstirahət Mərkəzinə II günlük media info tanıtım turu təşkil olunacaq. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiaisyasından (ASTTDA) daxil olub. Bildirilib ki, info tanıtım turu mayın 22-23-ü tarixlərində baş tutacaq. Səfər zamanı media nümayəndələri "Qalaalti otel & SPA" Sağlamlıq və İstirahət Mərkəzinin fəaliyyəti ilə tanış olacaq, həmçinin iki gün ərzində mərkəzin imkanlarından, xidmətlərindən yararlanacaqlar. İnfo tanıtım turu çərçivəsində jurnalistlər üçün sağlamlıq turizminə həsr olunmuş treninq də keçiriləcək. ASTTDA-nın rəhbəri Ruslan Quliyev treninq zamanı media nümayəndələrini maraqlandıran sualları cavablandıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00