Nəsimi rayonunda iki küçənin təmirinə başlanıldı

Azərbaycan prezidenti İlham Əliyevin təmirə ehtiyacı olan küçə və prospektlərin, avtomobil yollarının təmir edilərək yenidən vətəndaşların istifadəsinə verilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən Nəsimi rayonunda iki küçədə təmir-bərpa işlərinə başlanılıb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir işlərinin aparıldığı küçələr Hüseynbala Əliyev küçəsi, həmçinin Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsidir. Hüseynbala Əliyev küçəsinin uzunluğu 650 metr, eni isə 14 metrdir. Burda təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənəcək, mövcud səkilər bərpa olunaraq, asfaltlanacaq. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzüləcək. Bundan başqa asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınacaq. Bunun əvəzinə isə 10 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00