Direktor vəzifəsindən kənarlaşdırıldı, barəsində cinayət işi açıldı

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Mərkəzdən publika.az-a deyiblər ki, hazırda onun vəzifəsini direktor müavini Vaqif Abdullayev icra edir. A.Əlibəyovun vəzifəsindən kənarlaşdırılmasına səbəb barəsində cinayət işi başlanmasıdır.

Qeyd edək ki, ötən il mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00