Tərtərin daha bir kəndinə təbii qaz verilib

Mayın 20-də Tərtər rayonunun Kəbirli kəndinə təbii təbii qazın verilişi bərpa edilib. "OLAYLAR"-ın xəbərinə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 179 abonenti olan kəndin birpilləli sistem əsasında yenidən qazlaşdırılması zamanı 12927 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00