Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu

Mayın 18-19-da Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə növbəti-altıncı Sabir bədii qiraət müsabiqəsinin yekun tədbirləri keçirildi. Müsabiqədə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagird və tələbələri iştirak edirdilər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkil etdiyi müsabiqə ənənəyə uyğun olaraq iki mərhələdə keçirilir. Əvvəlcə təhsil müəssislərində keçirilən müsabiqənin qalibləri rayon səviyyəsindəki tədbirə qatılırlar. Yüzdən artıq iştirakçının qatıldığı müsabiqənin yekun turu şair Musa Yaqubun rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Mayın 19-da isə Şamaxı şəhər Mədəniyyət Sarayında müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.
Müsabiqə qaliblərinə diplomlar və mükafatlar təqdim edildi. Şamaxı şəhər THT fənnləri təmayüllü liseyin 9-cu sinif şagirdi Səmayə Abdullayevaya müsabiqənin birinci mükafatı verildi, daha 10 nəfər isə müxtəlif mükafatlara layiq görüldü. Tədbir müsabiqə qaliblərinin M.Ə.Sabirin şeirlərini söyləmələri ilə başa çatdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00