Nazir qalib karateçilərlə görüşdü

Gənclər və idman naziri Azad Rəhimov Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 3-cü yerin sahibi olmuş karateçilərimizlə görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Azad Rəhimov ilk olaraq 21 ölkə arasında yerli fransızlar və ikinci yerin sahibi ispanlardan sonra avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayaraq 2 qızıl və 1 bürünc medal qazanan milli komandamızın üzvlərini təbrik edib. Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının oyunlarının proqramında karate idman növünün də olduğunu bildirərək, bu yarışda da karateçilərimizdən böyük qələbələr gözlədiyinə ümid bəslədiyini diqqətə çatdırıb. Sonda nazir komanda üzvləri ilə xatirə şəkli çəkdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00