Bakı şəhəri 2016-cı ildə yay səyahəti üçün rusiyalı turistlərin şəhərləri arasında TOP 5-də yer alıb
20 May 2016 11:37 SosialRusiyanın "Travel.ru" saytının məlumatına əsasən, Azərbaycanın paytaxtı Bakı şəhəri 2016-cı ildə yay səyahəti üçün rusiyalı turistlərin şəhərləri arasında тоp-5-də yer alıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, reytinqə əsasən, iyunun 1-dən avqustun 31-nə kimi turistlər üçün mehmanxana, mənzil tipli mehmanxana və sərbəst səyahətə görə bron edilən yerlər üzrə təyin edilib. Hazırda rus turistlər üçün Bakı və Minsk ən aşağı büdcəli paytaxt (yaşamaq üçün sutkada orta hesabla 45 avro - 76 AZN), London isə ən bahalı paytaxtdır (orta hesabla 200 avro - 338AZN).
Top onluda Praqa, Minsk, Paris, Rika, Bakı, Tallin, Roma, Barselona, Helsinki və London şəhərləri yer almışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00