Almaniyada Beynəlxalq Nəqliyyat Forumu keçirilir

Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin iştirakı ilə "Beynəlxalq Nəqliyyat Forumu 2016" illik Sammiti keçirilir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sammitdə 50-dən çox ölkənin, o cümlədən, ABŞ, Braziliya, Meksika və digər ölkələrin nəqliyyat nazirləri, həmçinin beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm xadimləri iştirak edirlər. "Yaşıl və əhatəli nəqliyyat" mövzusunda keçirilən forumda nəqliyyatın gələcəyi, onun ətraf mühitə təsiri, nəqliyyatın iqtisadiyyatın inkişafında rolu, nəqliyyatda mobilliyin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılır. Müzakirələrdə Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00