Siyasət

Elmar Məmmədyarov: "Münaqişənin həlli regionda davamlı sülh və təhlükəsizliyi təmin edəcək"

29 Avqust 2016 14:30

“Azərbaycan bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbuledilməz və qeyri-davamlı hesab edilən mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır”.

“Ermənistanın belə təxribata əl atması ciddi rezonans doğura bilər”

29 Avqust 2016 13:19

“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensiv fazaya qədəm qoyduğu bir vaxtda Ermənistanın təxribata əl atması çox ciddi rezonans doğura bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Dağlıq Qarabağdakı separatçı rejimin 25 illiyi altında beynəlxalq konfransın təşkilinin nəzərdə tutulmasına münasibət bildirərkən deyib.

AVCİYA Referendum qabağı müşahidəçilərə treniqləri davam etdirir

29 Avqust 2016 13:13

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. Assosiasiya həm də 62 DSK 3000 məntəqədə Referendum günü müşahidəni təşkil edəcək. Bunula əlaqədar AVCİYA Seçki Qərargahı regionlarda müşahidəçilərə treniqlərə başlayıb. Şirvan, Hacıqabul, Sabirabad rayonlarından sonra Zaqatala, Balakən və Qax rayonlarında tədbirlər uğurla həyata keçirilib.

Azərbaycanda təkcə nurçuluğun deyil, istənilən dini cərəyanın fəaliyyəti tam şəkildə dövlətin nəzarətindədir – Azay Quliyev

29 Avqust 2016 13:10

“Türkiyədə baş verən hadisələrin Azərbaycana təsiri təbiidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik. Hər iki dövlətdə hakimiyyətlərin mövqeyindən asılı olmayaraq, xalqlar arasında bu tellər o qədər ciddi şəkildə bir-birinə bağlıdır ki, qoparmaq mümkün deyil”.

MN: Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır

29 Avqust 2016 12:41

Ermənistan hakimiyyətinə müxalif “Sasna Tsrer” silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir.

Aqil Ələsgərin FETÖ təşkilatlanmasından bəhs edən kitabı Türkiyə türkcəsində nəşr edilib

29 Avqust 2016 12:34

Azərbaycanlı müəllifin FETÖ gerçəklərini anladan kitabı Türkiyədə nəşr edilib

Atəşkəsin pozulması halları artır

29 Avqust 2016 11:56

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

Elmar Məmmədyarov Gürcüstana gedib

29 Avqust 2016 11:39

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb. Bu barədəSİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində nazir E.Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, parlametin sədri David Usupaşvili və Baş nazir Giorgi Kvirikaşvili ilə görüşləri nəzərdə tutulub. XİN rəhbəri ümummilli lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını ziyarət edəcək.

Deputat: Antiazərbaycan mövqeyi ilə tanınan Riçard Kozlariçin ABŞ siyasətinə dəxli yoxdur

29 Avqust 2016 11:17

"Riçard Kozlariçin ABŞ-ın yürütdüyü siyasətə dəxli yoxdur. O, hazırda təqaüddə olan şəxsdir. Kozlariçin danışdıqlarının nə ABŞ siyasətinə, nə də ABŞ diplomatiyasına dəxli var. Bu insan bütün fəaliyyəti boyu antiazərbaycan mövqeyi ilə tanınıb. O, Bakıda səfir işləyərkən də cəmiyyət tərəfindən arzuolunmaz şəxs kimi qəbul edilirdi. O, hətta öz ölkəsinin bəyan etdiyi beynəlxalq hüquq normalarına zidd addımlar atıb”.

Azay Quliyev Astanada nüvə tədbirində ATƏT PA adından çıxış edəcək

26 Avqust 2016 19:07

Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev və Səməd Seyidov avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar.

Salyanda yol tikintisinə maliyyə vəsaiti ayrılıb

26 Avqust 2016 18:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.