Azərbaycanda təkcə nurçuluğun deyil, istənilən dini cərəyanın fəaliyyəti tam şəkildə dövlətin nəzarətindədir – Azay Quliyev

“Türkiyədə baş verən hadisələrin Azərbaycana təsiri təbiidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik. Hər iki dövlətdə hakimiyyətlərin mövqeyindən asılı olmayaraq, xalqlar arasında bu tellər o qədər ciddi şəkildə bir-birinə bağlıdır ki, qoparmaq mümkün deyil”.

"Türkiyədə baş verən hadisələrin Azərbaycana təsiri təbiidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik. Hər iki dövlətdə hakimiyyətlərin mövqeyindən asılı olmayaraq, xalqlar arasında bu tellər o qədər ciddi şəkildə bir-birinə bağlıdır ki, qoparmaq mümkün deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dvlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev hələ 2014-cü il, aprel ayının 18-də modern.az saytına verdiyi müsahibə zamanı səsləndirib. Millət vəkili bildirib ki, hər iki dövlətdə baş verən hadisələr bir-birinə təsirsiz ötüşmür: "İkincisi, biz həmişə vurğulamışıq ki, heç vaxt Türkiyənin daxili işlərinə qarşımırıq. Türkiyədə baş verən siyasi proseslər Türkiyənin öz işidir. Türkiyədə kimlər hakimiyyət uğrunda mübarizə aparır, kimlər hakimiyyətə gəlmək istəyir, bu Türkiyənin konstitusiyasına və qanununa uyğun şəkildə həyata keçirildiyi təqdirdə alqışlanmalıdır. Üçüncüsü, Türkiyənin yalnız

inkişafını və güclənməsini arzu edirik. Türkiyədə sabitliyin pozulması, çaxnaşmaların baş verməsi, Türkiyənin beynəlxalq aləmdə nüfuzunun zədələnməsi bizim marağımıza uyğun deyil. Türkiyədə AKP son bələdiyyə seçkilərində xalqın böyük səsini qazandı və seçkiləri uddu. Bu bizi çox sevindirdi. Hesab edirəm ki, Ərdoğanın yenidən qələbə çalması Türkiyədə stabilliyin qarantiyası rolunu oynadı. Türkiyədə iqtisadi, siyasi baxımdan təlatümlərin qarşısını aldı. Ona görə də burda bizim mövqelərimiz kifayət qədər aydındır". Azay Quliyev Gülən tərəfdarlarının seçkilər ərəfəsində Türkiyədə sabitliyi pozamağa yönəlik cəhdləri barədə də fikirlərini bölüşüb: "Gülən camaatı ilə Ərdoğanarası münasibətləri neçə müddətdir izləyirik. Əlbəttə, dövlətin içində əlavə paralel dövlət və ya şəbəkənin olması narahatedici və eyni zamanda qanunsuz haldır və buna heç cür yol vermək olmaz. Dövlətin qanunlarından kənar, konstitusiyasına uyğun olmayan fəaliyyətlərin olması bütün hallarda üzücüdür. Sevindirici haldır ki, türk xalqı son seçkilərdə dövlətçiliyini təhdid edən, maraqlarına zərbə vuran bu paralel şəbəkəyə öz qəti və bir mənalı sözünü dedi, hər kəsə öz yerini göstərdi. Bu qələbə təkcə cənab Ərdoğanın deyil, bütövlükdə türk xalqının qələbəsi oldu. Bu baxımdan cənab prezident İlham Əliyevin aprelin 4-də Baş nazir Ərdoğanla Bakıdakı görüşü zamanı verdiyi açıqlama kifayət qədər aydın mesajdır. Hesab edirəm ki, o mesaj hamı üçün əsas istiqamətdir: Türkiyənin milli maraqlarına zidd hər hansı addımın atılması Azərbaycan üçün qeyri-məqbuldur. Bu istər Azərbaycan daxilində, istərsə də Azərbaycandan kənarda yolverilməzdir. Azərbaycan bununla bağlı üzərinə düşən bütün işləri görür və bundan sonra da görəcək". Gülən şəbəkəsinin Azərbaycanda fəaliyyətinə gəlincə millət vəkili qeyd edib ki, Azərbaycanda təkcə nurçuluğun deyil, istənilən dini cərəyanın fəaliyyəti tam şəkildə dövlətin nəzarətindədir: "Bu barədə heç kimin şübhəsi və narahatçılığı olmasın. Bu baxımdan deyə bilərəm ki, bu kimi dini cərəyanların hər hansı bir qanunsuz addımı, xüsusilə dövlətçilik əleyhinə fəaliyyəti vaxtında aşkarlanaraq müvafiq tədbirlər görülür və əminəm ki, bundan sonra da bu belə olacaq". Azay Quliyev onu da diqqətə çatdırıb ki, radikal dini qrupların silahlanması kifayət qədər təhlükə mənbəyi hesab olunmalıdır: "Xüsusilə, bir qrup gənclərimizin Suriyada gedən vətəndaş müharibəsində tərəf tutması və oradakı döyüşlərdə iştirak etməsi təhlükəli olmaqla yanaşı, həm də utanc gətirən haldır. 20 faiz torpağı işğal olunan azərbaycanlının vuruşduğu və öldüyü yer Hələb, Humus və ya Şam deyil, Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Fizuli, Qubadlı, Zəngilan, Cəbrayıl və digər işğal altında qalan torpaqlarımız olmalıdır. Burada ən böyük təhlükə bu gəncləri yoldan çıxaran və 'beyinlərini yuyan' radikal dini cərəyanların və maraqlı qrupların ölkəmizdəki fəaliyyətidir. Hər hansı bir anlaşılmaz, heç bir hədəfi bəlli olmayan bir ideya uğrunda özlərini həlak edir və deyirlər ki, "biz cənnətə düşəcəyik". Bax bu bizi ciddi düşündürməlidir. Burada qanunun sərtləşdirilməsi və cinayət təqibinin gücləndirilməsi ilə yanaşı, düzgün dini təbliğatın da aparılmasına ciddi ehtiyac var.

Məhz bu zərurətdən irəli gələrək, bizim şura keçən ay elan etdiyi qrant müsabiqəsində milli və əxlaqi dəyərlərimizin təbliğini əsas mövzulardan biri kimi qeyd edibdir".

"Olaylar" qəzeti, 18 Aprel 2014

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31