Siyasət

Müdafiə Nazirliyindən əsgər ölümü barədə AÇIQLAMA

31 Avqust 2016 11:26

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

İlham Əliyev Almazbek Atambayevi təbrik edib

30 Avqust 2016 18:40

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına müraciət edib

30 Avqust 2016 18:39

Azərbaycan Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına müraciət edib.

Şəki şəhərində avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayrılıb

30 Avqust 2016 18:20

Azərbaycan Prezidenti İlham ƏliyevŞəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidenti İlham Əliyev Malayziyanın XIV Ali Başçısını təbrik edib

30 Avqust 2016 18:20

Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Malayziyanın XIV Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu göndərib.

Deputat: "Konstitusiyaya dəyişikliklərin edilməsi Azərbaycanın inkişafından irəli gəlir"

30 Avqust 2016 18:12

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi Azərbaycanın inkişafından irəli gəlir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Ərdoğanla Putin Çində görüşəcək

30 Avqust 2016 17:30

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Çində keçiriləcək G20 sammitində “Akkuyu” AES və “Türk axını” məsələlərini müzakirə edəcəklər.

Politoloq: “Soros Fondunun regionda dayaqları zəifəyib”

30 Avqust 2016 16:18

“Son illər ərzində Corc Soros Fondunun regionda dayaqları zəifəyib. Azərbaycanda bu fond ümumiyyətlə fəaliyyət göstərmir, Rusiyada da onun fəaliyyəti nəzərə çarpacaq qədər deyil”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə Corc Soros Fondunun regionda çevriliş etmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Deputatlarımız beynəlxalq konfransa qatılıblar

30 Avqust 2016 15:34

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Səməd Seyidov və Azay Quliyev Qazaxıstana səfər ediblər.

Ermənilər FETÖ-çuların alətinə çevriliblər

30 Avqust 2016 15:07

15 iyul hərbi çevrilişə cəhd bir daha sübut etdi ki, Fətullah Gülən faktoru Türkiyə dövlətçiliyi, xalqı, milləti üçün hələ də ciddi təhlükə mənbəyidir və 2014-cü ildən indiyə qədər Gülən şəbəkəsinə qarşı mübarizə aparılsa da, onları tam zərərsizləşdirmək mümkün olmayıb. Dövlətin bütün strukturlarına sızmağı bacaran gülənçilərin 15 iyul hərbi çevriliş cəhdindən sonra isə tamamilə ifşa olunmasına başlanıldı. 15 iyul olaylarından sonra Türkiyədə FETO tərəfdarlarına qarşı qəti və radikal addımlara start verildi. Türkiyə höküməti haqlı olaraq Birləşmiş Ştatlardan Fətullah Gülənin ekstradisiyasını tələb etdi. Məlumat üçün qeyd edək ki, bugünlərdə isə “Terrorun Gülən üzü” kitabının əsasında türk dilində qələmə alınan “Sessiz işgal -Azerbaycanda FETÖ Yapılanması” adlı kitab Türkiyədə çap olundu.

Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə qaz ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək

30 Avqust 2016 14:23

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

“Uorlikin bəyanatının reallaşması üçün işğala son qoyulmalıdır”- MÖVQE

30 Avqust 2016 13:16

“ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin orada yerləşdirilməsi ilə bağlı bəyanatının reallaşması üçün ilk növbədə işğala son qoyulmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Türkiyəli general: "Qarabağ Azərbaycana qaytarılmalıdır"

30 Avqust 2016 12:41

"Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir, biz bu şəkildə baxırıq. Ona görə də 30 avqust eyni zamanda Azərbaycanın da zəfər bayramıdır. Əziz vətən torpaqlarının müvəqqəti də olsa, erməni işğalı altında qalması, əlbəttə ki, hamımızı fövqəladə dərəcədə narahat edir".

Referendumqabağı təşviqat bu həftə başlayır

30 Avqust 2016 12:30

Azərbaycanda bu həftənin şənbə günü - sentyabrın 3-də referendumqabağı təşviqatın aparılmasına başlanılacaq.