Siyasət

89 yaşlı seçici: "Mən öz taleyimə biganə qala bilməzdim"

26 Sentyabr 2016 11:31

"Mənə çətin olsa da, heç kimin yardımı və dəstəyi olmadan seçki məntəqəsinə gəldim və artıq səs də verdim. Çünki mən öz taleyimə biganə qala bilməzdim". Bunu SİA-ya açıqlamasında ən yaşlı seçicilərdən olan Matrienko Faina Fyodorovna 22 saylı Nəsimi dairə seçki komissiyasının 25 saylı seçki məntəqəsində səs verdikdən sonra bildirib.

Azərbaycanın Rusiyadakı səfirliyində referendumla bağlı səsvermə başlayıb

26 Sentyabr 2016 11:24

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə başlayıb. Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edəcəklər.

Oqtay Əsədov da səs verdi

26 Sentyabr 2016 11:23

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov referendumda səsvermə hüququndan istifadə edib.

Əbu-Dabidəki Azərbaycan vətəndaşlarının 50 faizindən çoxu referendumda səs verib

26 Sentyabr 2016 11:20

Azərbaycanın BƏƏ-dəki səfirliyində yaradılmış seçki məntəqəsində Azərbaycanda Konstitusiyaya dəyişiklər edilməsi üzrə referendumda seçki aktivliyi indiki vaxtadək 50 faizdən çox təşkil edib.

Ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir

26 Sentyabr 2016 11:15

Ümumxalq səsverməsinin (referendumun) saat 10:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. 

“Səsvermə prosesini 100-dən çox beynəlxalq müşahidəçi izləyir” Komsomolskaya pravda

26 Sentyabr 2016 11:14

“Azərbaycan Konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı referendum seçkiləri normal şəraitdə keçirilir”. SİA xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzetinin elektron variantı yazır. Qeyd olunur ki, referendum ölkə ərazisində fəaliyyət göstərən 125 dairə üzrə keçirilməkdədir.

Artur Rasizadə səs verdi - FOTO

26 Sentyabr 2016 11:14

Nazirlər səs verdilər - FOTO

26 Sentyabr 2016 11:12