Artur Rasizadə səs verdi - FOTO
26 Sentyabr 2016 11:14 SiyasətSentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin (referendum) başlandığı səhər saatlarından 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində fəallıq müşahidə olunurdu.
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu seçki məntəqəsinə gələrək səs verib.
Məntəqədə 1423 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31