Siyasət

Məzahir Pənahov: "MSK-ya səsvermə ilə bağlı şikayət daxil olmayıb"

27 Sentyabr 2016 15:06

"Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendum) seçicilərin 3 673029 nəfəri səs verib".

Nazir: "Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi Türkiyə üçün prioritetdir"

27 Sentyabr 2016 15:04

"Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi Türkiyə üçün prioritetdir".

Xalq öz istəyinə səs verdi

27 Sentyabr 2016 15:02

Azərbaycan daha bir mühüm siyasi hadisəni arxada qoydu. Məlum olduğu kimi sentyabrın 26-da ölkədə Ana Qanunnun 29 maddəsinə əlavə və dəyişikliklər etmək məqsədilə ümumxalq səsverməsi (referendum) keçirildi.

Ümumxalq səsverməsinin (referendum) son nəticələrielan olundu

27 Sentyabr 2016 14:58

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələri məlum olub. SİA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 min 627 seçki məntəqəsindən hamısı MSK-ya hesabat təqdim edib.

Referendumun yekun nəticələri AÇIQLANDI

27 Sentyabr 2016 14:37

"Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin (referendum) yekun nəticəsi açıqlanıb".

Beynəlxalq müşahidəçilər Azərbaycandakı referendum barədə - DAYCEST

27 Sentyabr 2016 14:23

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 33 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə referendumun gedişini 53 min yerli və xarici müşahidəçi izləyib.

Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir

27 Sentyabr 2016 14:11

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ölkə vətəndaşlarının mütləq əksəriyyətinin səsçoxluğu ilə baş tutdu. Səsvermə hüququna malik Azərbaycan vətəndaşları Konstitusion hüquqlarından istifadə edərək prezident İlham Əliyevun təşəbbüsü ilə reallaşan referenduma “hə” dedilər. İlkin məlumata görə, respublika üzrə seçici fəallığı 69,7 faiz - 3 671 707 nəfər təşkil edib.

Referendum təxribatçılarına tutarlı cavab

27 Sentyabr 2016 14:09

Müstəqilliyinin 25-ci ilini yaşayan Azərbaycan Respublikası bu yolda inamla, qürurla irəliləməkdədir. Azərbaycanın müstəqil siyasət yürütməsi, Azərbaycan hakimiyyətinin, onun prezidentinin dünyadakı, Qərbdə və Avropadakı bəlli güc mərkəzlərinin, dünyaya hakim olmaq istəyən qüvvələrin sifarişi və diqtəsi ilə deyil, xalqın istək və arzuları, iradəsi ilə hərəkət etməsi hərçənd həmin qüvvələr tərəfindən qəbul edilməsə də, lakin rəsmi Bakı bu yoldan geri dönməyə, kimlərinsə sifarişçisi olmağa qətiyyən maraqlı görünmür.

Avropa İttifaqı Regional Komitəsi bəyanat yaydı

27 Sentyabr 2016 14:05

Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən - Pauliina Haijanen (Finlandiya), Müürsepp Kurmet (Estoniya), Sukles Urmas (Estoniya), Dainis Turlaisdən (Latviya) ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər edib və səsvermə günü səsvermə prosesini izləyib. SİA-nın verdiyi məlumata görə, qrup referendumda apardıqları müşahidələrin nəticəsi ilə bağlı bəyanat yayıblar.  

Formalaşacaq vitse-prezidentlik institutu dövlətin qorunması baxımından etibarlı sistemin yaradılması deməkdir

27 Sentyabr 2016 12:58

“Kampaniyaçılığı xoşlamadığımdan, həm də hazırki statusum referendumqabağı təşviqatda iştiraka imkan vermədiyindən son dəyişikliklərlə bağlı mövqeyimi bildirməmişdim”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri tanınmış jurnalist Azər Sarıyev referendumun nəticələrinə münasibət bildirərkən bunları qeyd edib

Ermənilər 13 dəfə atəşkəsi pozub

27 Sentyabr 2016 12:56

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycanlı nazirdən erməniləri təşvişə salacaq AÇIQLAMA

27 Sentyabr 2016 12:45

280 km məsafəyə uça bilən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılış mərasimində deyib.