Referendum təxribatçılarına tutarlı cavab
Müstəqilliyinin 25-ci ilini yaşayan Azərbaycan Respublikası bu yolda inamla, qürurla irəliləməkdədir. Azərbaycanın müstəqil siyasət yürütməsi, Azərbaycan hakimiyyətinin, onun prezidentinin dünyadakı, Qərbdə və Avropadakı bəlli güc mərkəzlərinin, dünyaya hakim olmaq istəyən qüvvələrin sifarişi və diqtəsi ilə deyil, xalqın istək və arzuları, iradəsi ilə hərəkət etməsi hərçənd həmin qüvvələr tərəfindən qəbul edilməsə də, lakin rəsmi Bakı bu yoldan geri dönməyə, kimlərinsə sifarişçisi olmağa qətiyyən maraqlı görünmür.
27 Sentyabr 2016 14:09 SiyasətBeynəlxalq müşahidəçilərin rəyi antiAzərbaycan qüvvələri məyus edir
Müstəqilliyinin 25-ci ilini yaşayan Azərbaycan Respublikası bu yolda inamla, qürurla irəliləməkdədir. Azərbaycanın müstəqil siyasət yürütməsi, Azərbaycan hakimiyyətinin, onun prezidentinin dünyadakı, Qərbdə və Avropadakı bəlli güc mərkəzlərinin, dünyaya hakim olmaq istəyən qüvvələrin sifarişi və diqtəsi ilə deyil, xalqın istək və arzuları, iradəsi ilə hərəkət etməsi hərçənd həmin qüvvələr tərəfindən qəbul edilməsə də, lakin rəsmi Bakı bu yoldan geri dönməyə, kimlərinsə sifarişçisi olmağa qətiyyən maraqlı görünmür. Baxmayaraq ki, bu yolda ölkəmiz müntəzəm olaraq qərəzli yanaşmalar, bəyanat və qətnamələr, qeyri-obyektiv mövqelərlə üzləşir, amma yenə də Azərbaycan dövləti və onun rəhbərliyi hakimiyyət-xalq birliyini əldə əsas tutaraq ölkə müstəqilliyinə, onun suverenliyinə təhdid ola biləcək kiçicik belə addım atmır. Azərbaycan dövlət və onun rəhbərliyinin hakimiyyət-xalq birliyi prinsipinə cavab olaraq xalq da öz növbəsində hər zaman bu vəhdətə, birliyə sadiqlik nümayiş etdirir. Necə ki, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər etmək məqsədilə keçirilən ümumxalq səsverməsində (referendum) bunun bir daha əyani şahidi olduq. Məlumat üçün qeyd edək ki, ölkənin Ana Qanununun 29 maddəsinə edilən dəyişikliklə əlaqədar sentyabrın 26-da baş tutan ümumxalq səsverməsində (referendum) seçicilərin 69,7 faizi iştirak edərək konstitusiya dəyişikliklərinə öz münasibıətini bildirib. Səsvermə prosesində iştirak edən seçicilərin böyük əksəriyyəti konstitusiya islahatlarının lehinə səs verib. Bununla da Azərbaycanda yeni bir dönəmin başlandığını söyləyə bilərik. Təsadüfi deyil ki, 26 sentyabrda baş tutan ümumxalq səsverməsini izləyən beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti də bu qənaətdədir. Hər halda ümumxalq səsverməsindən sonra beynəlxalq müşahidəçilərin jurnalistlər üçün keçirdikləri mətbuat konfransından əldə edilən nəticə bundan ibarətdir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda keçirilən ümumxalq səsverməsini yaxından izləmək üçün 18 beynəlxalq təşkilatdan 117 müşahidəçisi gəlib. Müşahidəçilər ümumilikdə 33 ölkəni təmsil edib. Həm yerli, həm də xarici müşahidəçilər daxil olmaqla isə referendumu 53 min müşahidəçi izləyib. İstər beynəlxalq, istərsə də yerli müşahidəçilərin birmənalı olaraq rəyi ondan ibarətdir ki, sentyabrın 26-da Azərbaycanda konstitusiiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi azad və ədalətli, şəffaf qaydada baş tutub. Bu fikirləri müşahidəçilərin açıqladığı rəylərdə, səsləndirdikləri bəyanatlarda aydın görmək mümkündür.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi hesab edir ki, Azərbaycanda Konstitusiyaya dəyişiklik üzrə keçirilmiş referendum ölkədə siyasi sabitliyin yeni təminatıdır.Adıçəkilən mərkəzin direktor müavini Uilyam Rasimora referendumda apardıqları müşahidələrin nəticəsi olaraq keçirdiyi mətbuiat konfransında deyib ki, konstitusiya dəyişiklikləri Azərbaycanda demokratiyanı qoruyacaq və sabitliyi təmin edəcək. Vilyam Rasimora bildirib ki, Azərbaycanda keçirilən Referendumu
ölkədəki siyasi stabilliyin zəmanəti hesab etmək olar. Onun sözlərinə görə, Azərbaycanda keçirilən konstitusiya islahatları azadlıqların gücləndirilməsinə, demokratiyanın inkişaf etdirilməsinə yönəlib: "Bu dəyişikliklər ölkə idarəetmə üsulunda olan boşluqları aradan qaldıracaq. Sözügedən dəyişikliklər həyati əhəmiyyət kəsb edir. Biz Referendumu diqqət mərkəzində saxlayırıq". Qonaq qeyd edib ki, müşahidə qrupu 49 seçki məntəqəsində səsvermə prosesini müşahidə edib və 5 məntəqədə səslərin sayılması prosesini izləyib. Bildirib ki, heç bir məntəqədə qanun pozuntuları aşkar edilməyib: "Səsvermə xalqın gözləntilərini doğruldub. Ötən gün ölkədəki sabitlik və sakitlik gözümüzdən yayınmadı. Bu, böyük müsbətdir". Daha sonra çıxış edən qrupun digər üzvü, Polis üzrə Araşdırma. Mərkəzinin rəhbəri Bordo Qilisi həmkarının sözlərinə qoşularaq bildirib ki, qrupun bəyanatı birgə verilib. O, səsvermənin yüksək şəkildə həyata keçməsinə görə Mərkəzi Seçki Komissiyasına təşəkkürünü bildirib.
Avropa İttifaqı Regional Komitəsinin müşahidə missiyasının rəhbəri Paulina Hayanen isə mətbuat konfransında qeyd edib ki, referenduma çıxarılan dəyişikliklər Azərbaycanda idaerəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının təkmilləşdirilməsinə xidmət edir. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat kopnfransı zamanı Paulina Haijanen bildirib ki, referendumla bağlı səsvermə prosesini müşahidə ediblər: "Konstitusiyaya dəyişiklərinin məzmunu və legitimliyini araşdırdıq. Bu, suveren Azərbaycan dövlətinin qanunvericiliyinə uyğundur. Dəyişikliklər ölkədə idarəçilik sisteminin gücləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir". İki Seçki Dairəsi üzrə 10 məntəqədə müşahidə apardıqlarını deyən natiq əlavə edib ki, səsvermə prosesi texniki və təşkilatı baxımdan yüksək səviyyədə olub: "Məntəqələrdə seçici aktivliyi yüksək olur və səsvermə dinc şəraitdə keçirilib. Polis və icra orqanları əməkdaşlarının heç bir müdaxiləsi müşahidə olunmayıb. Hər kəs səsverməyə gələrək rahat şəkildə hüququndan istifadə edib. Konstitusiya dəyişikliklərlə bağlı referendum tam legitimdir, xalqın iradəsini müstəqil şəkildə əks etdirir. Səsvermə təşkilatı baxımdan yüksək təşkil olunub. Məntəqələrdə seçici aktivliyi müşahidə olunurdu. Səsvermə azad, sərbəst şəkildə baş tutdu. Kənar müdaxilə olmadan hər kəs demokratik şəkildə prosesdə iştirak etdi. Referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini əks etdirir".
Türkdillli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidə Missiyasınn keçirdiyi mətbuat konfransında da referendumun nəticələri və səsvermə prosesinin təşkili müsbət qiymətləndirilib. TürkPA-nın baş katibi Jandos Asanov deyib ki, təmsil etdiyi qurum Azərbaycanda dördüncü dəfədir, səsvermə prosesini izləyir. Müşahidə Missiyasının üzvü Haluk İpək missiyanın hesabatını təqdim edib. Haluk İpək referendumun yüksək səviyyədə təşkil olunduğunu, səsvermənin nəticələrinin xalqın iradəsini əks etdirdiyini bildirib: "Referendumun nəticələrinə təsir edəcək hər hansı pozuntu müşahidə olunmayıb. Bəzi texniki çatışmazlıqlar qeydə alınıb, bu da referendumun nəticələrinə təsir etməyib. Referendum beynəlxalq standartlara uyğun keçirilib". Qeyd edək ki, Müşahidə
missiyasının tərkibində Qazaxıstan, Türkmənistan, Türkiyə, Qırğızıstan millət vəkilləri daxildir.
Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) müşahidə missiyasının rəhbəri, Malta Parlamentinin spikeri Ancelo Farruca isə referendumun nəticələri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum prosesləri beynəlxalq standartlara uyğun keçib. Onun sözlərinə görə, bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təşkil edilib: "Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayır. Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınıb". Ancelo Farruca bildirib ki, ASMA müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıblar: "Referendum günü ölkə boyu dinc keçib, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olub. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirildi və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılırdı". Malta Parlamentinin spikeri deyib ki, ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb: "Səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi. Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir problem qeydə almadı. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi". Missiya rəhbəri əlavə edib ki, referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənib: "Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə etdi. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilib. Seçicilər qeyd ediblər ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiçəsi, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi və beynəlxalq iqtisadi və maliyyə böhranı bugünkü çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir".
Göründüyü kimi referendumun gedişini yaxından izləyən beynəlxalq müşahidəçilərin mövqeyi, rəyləri ortadadır. Amma buna rəğmən yuxarıda adlarını qeyd etdiyimiz dairələr, erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən bəzi beynəlxalq qurumılar və QHT-lər yenə də Azərbaycana qarşı şər-kampaniyasını davam etdirəcəklər. Çünki qüdrətli, müstəqil Azərbaycan dövlətinin varlığı, onun hər ötən il əldə etdiyi uğurlar həmin dairələrin yuxusunu ərşə çəkir, onları rahat nəfəs almağa qoymur. Azərbaycan hər dəfə belə uğurılu addım atdıqca o dairələrin nəfəsliyi daralır.
S.İsmayılbəyli