Xalq öz istəyinə səs verdi

Azərbaycan daha bir mühüm siyasi hadisəni arxada qoydu. Məlum olduğu kimi sentyabrın 26-da ölkədə Ana Qanunnun 29 maddəsinə əlavə və dəyişikliklər etmək məqsədilə ümumxalq səsverməsi (referendum) keçirildi.

Azər Badamov: "Bu, bir daha xalqın ölkə başçısına olan etimad və dəstəyin göstəricisidir"

Azərbaycan daha bir mühüm siyasi hadisəni arxada qoydu. Məlum olduğu kimi sentyabrın 26-da ölkədə Ana Qanunnun 29 maddəsinə əlavə və dəyişikliklər etmək məqsədilə ümumxalq səsverməsi (referendum) keçirildi. Seçicilərin mütləq əksəriyyətinin qatıldığı referendumda iştirak edənlərin əksəriyyəti konstitusiya islahatlarının lehinə səs verib. Bir müsbət məqam da ondan ibarətdir ki, səsvermə prosesini izləyən istər yerli, istərsə də beynəlxalq müşahidəçilər referendumun nəticələrini yüksək qiymətləndirib, səsvermə prosesinin azad və ədalətli keçdiyini vurğulayıblar. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili referendumun nəticələri və ona verilən beynəlxalq qiymətdən danışıb.

-Azər müəllim, sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələrini necə dəyərləndirirsiniz?

-Referendumun nəticələrini çox müsbət dəyərləndirirəm. Seçkidə 70 faizə qədər seçicinin iştirak etməsi və seçicilərin 90 faizdən çoxunun dəyişikliklərə "hə" deməsi kontitusiyada edilən dəyişikliklərin xalqın iradəsinə uyğunluğunun göstəricisidir. Konstitusiyada ediləcək dəyişikliklərə münasibət bildirməkdə seçicilərə tam azad şərait yaradılmışdı. Təkliflər cənab prezdent tərəfindən olduğuna görə seçicilər böyük ruh yüksəkliyi ilə səsvermədə iştirak etdi. Bu, bir daha xalqın ölkə başçısına olan etimad və dəstəyin göstəricisidir.

-Qərbin və Avropanın təzyiqlərinə baxmayaraq Azərbaycan daha bir demokratik seçki keçirməklə dünyaya seçki nümunəsi göstərə bildimi?

-Seçki qabağı təzyiqlərə artıq öyrəşmişik. Qeyd etdiyiniz dairələrə Azərbaycandakı seçki və demokratiya maraqlı deyil. Onlara maraqlısı odur ki, ölkəmizdə keçirilən siyasi kampaniyalar ərəfəsində fürsətdən istifadə edərək siyasi sabitliyi pozsun və vəziyyətdən öz maraqlarına istifadə etsinlər . Həmin dairiələr bir daha gördü ki, Azərbaycanda bu mümkün deyil. Çünki xalqla iqtidar arasında möhkəm birlik var . Azərbaycan seçki keçirmək praktikasına görə inkişaf etmiş qərb ölkələrini də keçmişdir. Biz parlamentarilər olaraq ayrı-ayrı ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidə qrupuların tərkibində iştirak edirik və o ölkələrdə seçkinin gedişatını görürük. Xüsusilə qeyd etmək istəyərdim ki, Azərbaycanda tam şəffaf ,

azad, demokratik seçki keçirilir. Azərbaycanda keçirilən seçkini dünyanın istənilən nöqtəsindən də müşahidə etmək şəraiti yaradılmışdır və bütün dünya seçkimizi izlədi. Azərbaycan referendum keçirməklə dünyaya bir daha seçki nümunəsini təqdim edə bildi. Azərbaycanda keçirilən referendumun tam demokratikliyini hətta ölkəyə gəlmiş beynəlxalq müşahidəçilər də etiraf edir. Ölkəmizdə keçirilən seçkilərlə bağlı əks fikir söyləyən dairələrə demək istəyirəm ki, bizim seçki praktikasını yaxşı öyrənsinlər və öz ölkələrində də seçkilər keçirilən zaman bizim təcrübədən istifadə etsinlər .

-Beynıəlxlalq müşahidəçilərin də rəyi ondan ibarət oldu ki, seçkilər şəffaf keçirilib. Sizcə bundan sonra beynəlxalq aləm tərəfindən referendumun nəticələrini şübhə altına ala biləcək hansısa fikirlər səsləndiriləcəkmi?

-Birincisi, bizə ən əsası xalqın seçkiyə münasibəti və seçkidə iştirakı idi. Seçkilər tam şəffaf keçirildi və ölkə əhalisi səsvermədə yüksək aktivlik nümayiş etdirdi. Referendum bir daha göstərdi ki, Azərbaycan vətəndaşı ölkənin gələcək inkişafını cənab İlham Əliyevin siyasi xəttində görür. Ölkə başçısının apardığı siyasi kursunun xalqın iradəsinə uyğunluğunu bir daha sübut olundu. Beynəlxaq müşahidə aparanlar da seçkinin keçirilməsi və yaradılmış demokratik şəraitdən tam məmnun qaldılar. Seçkilər seçki məcəlləsinə tam uyğun şəkildə təşkil olduğunu və azad seçim edildiyini hamı etiraf etdi və rəylərində də göstərdilər. Amma , çox təəsüflər olsun ki, ölkəmizi istəməyən və bizə qara yaxmaq istəyən qüvvələr mövcuddur və düşünürəm ki, onlar öz istədiklərini deyəcəklər. Biz buna öyrəşmişik və onların natəmiz fikirləri bizə maraqlı deyil. Bizə ən əsası qeyd etdiyim kimi Azərbaycan vətəndaşın fikridir.

-Reeferendumun nəticələri xalqın mövcud hakimiyyətə dəstək nümayiş etdirdiyinin göstəricisi də sayıla bilərmi?

-Referendumda ümumi seçicilərin 70 faizə qədərin iştirakı və təkliflərin 90 faiziindən çoxuna "hə" deməsi təbi ki, hakimiyətə xalq inamın göstəricisidir. Cənab prezdentin rəhbərliyi altında ölkəmizdə keçirilən sosial-iqtisadi islahatlar nəticəzində Azərbaycan inkişaf etmişdir. Ölkə ərazisində elə bir yaşayış məntəqəsi yoxdur ki, orada hər hansı bir sosial layihə həyata keçirilməsin . Elə bir ölkə vətəndaşı tapılmaz ki, ölkəmizdə keçirilən inkişafdan yararlanmasın. Bütün bu işləri hamı görür və dəyərləndirir. Ölkə əhalisi referenduma çıxarılan məsələləri yüksək səviyyədə dəstəkləməklə dövlət başçısına inamının olduğunu göstərdi. Xalq, Azərbaycanın işıqlı gələcəyini cənab İlham Əliyevin rəhbərliyi altında görür. Məhz belə olan halda ölkəmizdə daha iri sosial-iqtisadi islahatlar həyata

keçiriləcək, ölkəmiz inkişaf edəcək, güclənəcək və qarşıya qoyduğu hər bir hədəfə nail olacağıq.

-Azər müəllim, siz də səsvermə prosesində iştirak edib müəyyən müşahidələr apardınız. Səsvermə günü diqqətinizi daha çox nə cəlb etdi?

-Sentyabrın 26-da keçirilən referendumda həm bir vətəndaş kimi səs verdim, həm də "Yeni Azərbaycan" təşviqat qrupun vəkili olaraq çoxlu məntəqələrdə seçki prosesini izlədim. Bir daha əmin oldum ki, səsverməyə çıxarılan məsələlər Azərbayacan vətəndaşının iradəsinə uyğundur. Demək olar ki, hər bir seçici nəyə səs verdiyini bilirdi və böyük ruh yüksəkliyi ilə seçkiyə qatılırdı. Məsələn, Qusar rayonun Bədişqala kəndində 105 yaşlı yaşlı qadının şəxsən səsvermədə iştirak etməsini xüsusilə qeyd etmək istəyirəm və bu bir daha vətəndaşın ölkə başçısına olan məhəbbətin göstəricidir. Qanun pozuntuları, seçicilərə təzyiq və yaxud da hər hansı bir məcbur etmə halları müşahidə etmədim. Sonda qeyd etmək istəyirəm ki, tam şəffaf, demokratik seçki keçirildi. Vətəndaşlara azad şəkildə dəyişikliklərə münasibət bildirməyə şərait yaradıldı və xalq öz istəyinə səs verdi.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31