Siyasət
Barak Bakı Forumunda çıxış edəcək
İsrailin sabiq Baş naziri Ehud Barak və İsrail Parlamentinin - Knessetin keçmi prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.
Zakir Qaralov: "Prezidentin sərəncamı insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək"
Fevralın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Prezident cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
"Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platformadır"
Azərbaycan bir çoxları tərəfindən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur. Bu sözləri "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev SpivakABŞ və Rusiyanın Baş qərargah rəislərinin Bakıdakı görüşünü şərh edərkən deyib.
Astanada Suriyanın taleyini "həll olunur" - II raund
Suriyada vəziyyətin nizamlanmsı üzrə danışıqların ikinci raundu başlayıb. Plenar iclas yerli vaxtla 16:00-da başlayıb.
Nə üçün məhz Bakı?..
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Əfv Komissiyasının iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb.
Deputat: "Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır"
Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır.
Generallar niyə Bakıda görüşürlər? - Politoloqlar danışır
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın artan nüfuzunun təzahürüdür. Bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
YAP rəsmisi: "Generalların Bakıda görüşü Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu göstərir"
ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.
ABŞ və Rusiya: müharibə, yoxsa... - Generalların qapalı Bakı görüşünün SİRRİ
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Cümşüd Nuriyev: “Görüşün Bakıda keçirilməsi Prezidentə olan münasibətlə bağlıdır”
“Bu gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüşün keçirilməsi və bu görüşün məhz Azərbaycanda baş tutması ölkəmizin imici ilə bağlıdır”. Bunu politoloq Cümşüd Nuriyev deyib.
Səfir: "Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır
“Fransa qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır”. Bunu Fransanın Bakıdakı səfiri Aureliya Buşez fevralın 20-də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirmək planlarına münasibət bildirərkən deyib. Səfir qeyd edib ki, Fransa Minsk qrupunun digər iki həmsədr ölkəsi kimi, “Dağlıq Qarabağ Respublikası”nı tanımır .
"Bu, ABŞ və Rusiya hakimiyyətinin Azərbaycana olan etibarını göstərir"
“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında mühüm görüşün harada keçirilməsi ilə bağlı artıq uzun müddət idi ki, müzakirələr aparılırdı. Lakin tərəflər geosiyasi səbəblərə görə, məkan seçimi ilə bağlı təklifləri rədd ediblər. Görüş yerinin məhz Bakıda olması ilə bağlı qərar təcili verilsə də, hər iki tərəf bunu müsbət qarşılayıb. Bunun da səbəbləri var”. Bunu politoloq İlqar Vəlizadə deyib.
"Azərbaycan proseslərə öz müsbət təsirini göstərmək imkanını dünyaya nümayiş etdirir"
ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeriy Gerasimovun görüşünün məhz Bakıda keçirilməsi, ilk növbədə, Azərbaycanın proseslərə öz müsbət təsirini göstərmək imkanını dünyaya nümayiş etdirir.














