Siyasət

Amerika və Rusiyanın hərbi rəsmilərinin Bakı görüşü

16 Fevral 2017 16:27

Azərbaycan uğurlu xarici siyasəti, etibarlı və strateji tərəfdaşlığı ilə özünə olan diqqəti hər ötən gün daha da artırır. Xüsusilə, rəsmi Bakının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu ona müsbət divindentlər gətirir.

Politoloq: “Referendum ciddi beynəlxalq qurum tərəfindən tanınmayıb”

16 Fevral 2017 16:16

“Fevral ayının 20-də işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni separatçıları referendum keçirmək niyyətindədirlər.Tanınmayan və işğal altında olan ərazilərdə keçirilməsi nəzərdə tutulan hər hansı seçki və ya referendum qanunsuzdur və bu tədbirin nəticələri indiyə qədər heç bir ciddi beynəlxalq qurum tərəfindən tanınmayıb, bundan sonra da tanınmayacaq”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

“Bakı görüşü Azərbaycanın mövqelərini möhkəmləndirəcək”

16 Fevral 2017 16:11

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeriy Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsini Azərbaycanın neytral ölkə olması ilə əlaqələndirirlər. Hesab edirəm ki, dünyada baş verən qarşıdırmaların və kəskin qütbləşmələrin fonunda Azərbaycanın məhz neytral ölkə kimi dəyərləndirilməsi olduqca önəmli bir faktdır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

16 Fevral 2017 15:39

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Yavər Camalov Qətər səfirini qəbul edib

16 Fevral 2017 15:36

Fevralın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Qətər arasındakı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.  Səfir Yusif bin Həsən əl-Sai səmimi qəbula görə minnətdarlığını bildirib.Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ermənistanın daha bir təxribatı

16 Fevral 2017 14:53

Ermənistan hər vasitə ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Müntəzəm olaraq cəbhə xəttində gərginliyi artırmaq, təxribatlar törətmək, eləcə də müntəzəm olaraq atəşkəsi pozmaqla buna demək olar ki, nail olan işğalçı ölkə artıq bir xeyli müddətdir ki, danışıqlar prosesində sükut yaratmağa müvəffəq olub.

General Aydəmirov: "Bu, Azərbaycana diqqətin göstəricisidir"

16 Fevral 2017 14:39

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dünyamiqyaslı nüfuzlu ölkədir və ona böyük diqqət və etimad göstərilir.

Diplomatların Cocuq Mərcanlı həmrəyliyi

16 Fevral 2017 14:36

Bu günlərdə bütün dünyanın diqqəti Azərbaycana, Cəbrayıl rayonunun işaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yönəldi desək yanılmarıq. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Məcanlı kəndinin bərpası ilə əlaqədar sərəncamı ilə təməli qoyulan bu prosesin davamı daha sonra Cocuq Mərcanlıya kütləvi informasiya vasitələrinin nümayəndələri, ən son isə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin səfər etməsi ilə gəldi.

Separatçı rejimin seçki oyunu

16 Fevral 2017 14:26

Ermənistan mövcud cəzasızlıq sindromundan eninə-uzununa yararlanaraq işğal altında olan Azərbaycan ərazilərində özünün qeyri-qanuni və beynəlxalq hüquq prinsiplərinə zidd hərəkətlərini davam etdirir.

Putinin səlahiyyətli nümayəndəsi Bakı görüşündən danışdı

16 Fevral 2017 14:23

ABŞ və Rusiya Baş qərargah (BQ) rəislərinin Bakıda görüşməsi onu ifadə edir ki, Azərbaycan beynəlxalq dialoq üçün meydançaya çevrilib, eləcə də Moskvanın Bakıya öz müttəfiqi kimi verdiyi önəmi vurğulayır.

Bakı bu görüş üçün təsadüfən seçilmədi

16 Fevral 2017 14:06

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, görüş Bakıda baş tutmazdı

16 Fevral 2017 14:04

Əgər Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeri Gerasimov arasında keçirilən görüş Bakıda baş tutmazdı.

İşğal olunmuş Dağlıq Qarabağda "referendum" Ermənistanın simvolik və qeyri-produktiv jestidir

16 Fevral 2017 13:49

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda "referendum"un keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolundan kənara atılan daha bir addım, eləcə də erməni tərəfinin danışıqlar aparmamaq istəyinin göstəricisidir.

Dağlıq Qarabağda "referendumlar" keçirməkdənsə, Ermənistan BMT qətnamələrini yerinə yetirsin

16 Fevral 2017 13:44

İşğal olunmuş Dağlıq Qarabağda "referendumlar" keçirmək əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.