Siyasət

Politoloq: “Bakının dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi çox mühümdür” 

3 May 2017 11:32

“Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır”. Bu, cənab Prezident İlham Əliyevin sözləridir.

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

2 May 2017 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

Qlobal nizama doğru: inqilabi situasiya və transformasiya mexanizmləri

2 May 2017 18:06

Müxtəlif analitik mərkəzlər və tanınmış mütəxəssislər qlobal geosiyasi nizamın gələcək taleyindən narahatlıq keçirirlər. Onların apardıqları analizlər göstərir ki, hazırda geniş miqyasda ciddi ziddiyyətlər meydana gəlib və dünya düzəninə təsirlər artıb. Bu təsirlər yekunda mürəkkəb bir mənzərə yaratmaqdadır. Çünki, əslində, yeni qlobal geosiyasi nizam formalaşmalıdır.

Millət vəkili: “Forum dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür”

2 May 2017 18:03

“Müasir dövr ziddiyyətlər dövrüdür. Keçən əsrlərdə baş verən, unudulduğu düşünülən ziddiyyətlər yeni ortaya çıxmış və bütövlükdə planeti təhlükəyə doğru sürükləməkdədir”. Bunu  millət vəkili Tahir Mirkişili 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında fikirlərini bölüşərkən deyib.

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik TƏSDİQ EDİLDİ

2 May 2017 17:44

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.

Prezident "Yol hərəkəti haqqında" qanununa edilən dəyişikliyi təsdiqlədi

2 May 2017 17:35

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda dəyikilik edilməsi barədə qanunu təsdiq edib.

"Yol hərəkəti haqqında" qanun DƏYİŞDİ

2 May 2017 17:32

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Lixtenşteynin Vəliəhd Şahzadəsi Azərbaycan Prezidentini təbrik edib

2 May 2017 17:31

Lixtenşteynin Vəliəhd Şahzadəsi Alois Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mədəniyyətlərarası dialoq brendi-Azərbaycan

2 May 2017 17:26

Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənəvi xarakter alıb. Buna səbəb Aəzrbaycanda bütün xalqların nümayəndələrinə bərabərhüquqlu vətəndaş statusunun verilməsi, ölkədə din və vicdan azadlığının tam şəkildə bərqərar olmasıdır. Bu isə o deməkdir ki, Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq danılmaz faktdır.

Bolqarıstanın vitse-prezidenti Bakıya gəlir

2 May 2017 17:24

Bolqarıstanın vitse-prezidenti 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda baş tutacaq 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti İlyana Yotova iştirak edəcək.

Komitə sədri: “Heç bir deputat parlamentin adına xələl gətirməməlidir”

2 May 2017 16:16

“Mən bu qanun layihəsinin qəbul edilməsi üçün səs verəcəm. Deputat həmkarlarım burada məsələni nəzəri baxımdan əsaslandırmağa, mən isə təcrübə baxımından əsaslandırmağa çalışıram. Burada söhbət şəffaflıqdan gedir”.

Elmar Məmmədyarov Qulam İsakzaini qəbul edib

2 May 2017 16:13

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf  Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib. XİN-dən verilən məlumata görə, Qulam İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib

2 May 2017 15:12

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Millət vəkilləri AŞ PA-nı sərt tənqid etdilər

2 May 2017 15:07

Milli Məclisin mayın 2-də keçirilən iclasında millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərarın müzakirəsini aparıblar. Millət vəkili , AŞPA- dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropda irqçilik, islamafobiyanın baş alıb gedir.