Siyasət
Ermənistanın narahatlığını artıran Azərbaycan- Türkiyə təlimləri
Son aylar istər yerləşdiyimiz coğrafiyada, istərsə də onun sərhədlərinə o qədər də uzaq olmayan məsafədə maraqlı proseslər cərəyan edir. Bu proseslərin fonunda qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe və siyasi iradə isə özü ilə yanaşı, Azərbaycanı da mümkün təhdidlərdən müdafiə edir, qoruyur.
ABŞ-dan Ermənistana gözlənilməz HƏDƏ: SARKİSYAN ŞOKDA
Ekspert: Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ən ciddi və davamlı vasitəçidir
Cənubi Qafqaz Moskvanın birbaşa maraqları dairəsindədir və digər ölkələrin bu bölgədəki münaqişənin həllində fəal iştirak edəcəyini fikirləşmək sadəlöhvlük olardı. Bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.
Azərbaycan prezidenti Cibuti parlamentinin sədrini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə edib.
Qarabağ probleminin həllində bölgə dövlətlərinin toqquşan maraqları
Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar olaraq cənub qonşumuz İrandan səslənən fikirlər, təşəbbüslərdə intensivlik müşahidə edilir. Düzdür, bir sıra hallarda Tehrandan sözügedən problemlə bağlı səslənən fikirlər Azərbaycanın maraqlarına ziddiyyət təşkil etsə də, lakin ümumilikdə İslam Respublikasının münaqişənin həllinə olan marağı bir qədər təqdiredicidir. Bu günlərdə isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında maraqlı açıqlama verib.
AŞ PA-nın Türkiyə ilə bağlı qəbul etdiyi qətnamənin real əsası yoxdur
AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qəbul etdiyi qərar nəinki siyasi icmalçılar, eləcə də sadə vətəndaşlar tərəfindən etirazla qarşılanıb. Belə ki, ictimaiyyət nümayəndələri hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güdür. Türkiyənin yürütdüyü daxili və xarici siyasət isə Avropa dövlətləri tərəfindən qızqznclıqla qarşılanır.
“Avropa Şurasının Türkiyəyə qarşı münasibətindən dərs almalıyıq”
“Avropa Şurasının Türkiyəyə qarşı münasibətindən dərs almalıyıq”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında millət vəkili Fərəc Quliyev deyib.“Avropa strukturlarında xristian təəssübkeşliyi var. Almaniya kansleri də dəfələrlə dedi ki, Türkiyəni “xristian klubuna” buraxmaq istəmirik.
Siyavuş Novruzov: “Bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar
“Avropa Şurası Parlament Assambleyasının Türkiyəni post-monitoriqndən monitorinqə keçirməsi təəccüblü deyil. Bir neçə dəfə Avropa strukturlarından Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqe sərgilənib.
Belarus Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədəki yeni səfiri Lətif Qəndilovun etimadnaməsini qəbul edib. Məlumatda qeyd olunur ki, A.Lukaşenko Belarus və Azərbaycan arasında münasibətlərin dostluq və qarşılıqlı anlaşma çərçivəsində qurulduğunu vurğulayıb.
Oqtay Əsədov: “AŞPA-nın yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı”
“AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı verilən qərar qərəzdir”. Bunu Milli Məclis sədri Oqtay Əsədov deyib. Spiker bildirib ki, Türkiyə 13 il əvvəl postmonitorinqdən monitorinq altına qaytarıldı.
Deputat: “AŞ PA-nın Türkiyəyə qarşı münasibəti qəbuledilməzdir”
“Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı münasibəti qəbuledilməzdir”. Bunu Milli Məclisin iclasında millət vəkili Azay Quliyev deyib. A.Quliyev qeyd edib ki, Avropa Şurası Türkiyədəki dövlət çevrilinə cəhdə obyektiv münasibət göstərmədi: “Dövlət çevrilişinə cəhd vaxtı parlament binasını güllələyən fetoçulara AŞPA lazım olan münasibəti göstərmədi. Həmçinin baş verən terror aktlarına da eyni münasibət sərgilənir. Lakin Fransada terror aktı baş verəndə demək olar ki, bütün şura üzvləri hərəkətə keçdilər”.
Malena Mard: "Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq"
Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq. Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Prezident İlham Əliyev və xanımı Beynəlxalq Gimnastika Federasiyasının prezidentini və baş katibini qəbul ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 2-də Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.
Ermənilər mövqelərimizə 3 mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (3 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində, Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

.jpg)












