Güneylə bağlı təşkilatdan gözlənilməz İSTEFA

Türkiyədə yaşayan tanınmış güneyli siyasi fəal Kərim Əsgəri Güney Azərbaycanla bağlı fəalliyyət göstərən Azərbaycan Milli Dirəniş Təşkilatından istefa verib. Bu barədə Kərim Əsgəri özünün facebook səhifəsində yazıb.

Qeyd edək ki, Kərim Əsgəri Azərbaycan Milli Dirəniş Təşkilatının beynəlxaq əlaqələrinə məsul idi. Kərim bəy istefanı şəxsi işləri ilə əlaqələndirib. Güneyli fəal qeyd edib ki,  bundan sonrakı fəalliyyəti İran coğrafiyasında yaşayan millətlərin insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı olacaq.

Xatırladaq ki,  Kərim Əsgəri Azərbaycan Milli Dirəniş Təşkilatınna yaxın olan Araz News internet televiziyasında "Gözlük" proqramının aparıcısı idi.Cəbhə.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31