Siyasət
Hərbi təlimlər Türkiyənin Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir
Türkiyə ilə Azərbaycanın taktiki hərbi təlimləri, Türkiyənin bir daha Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
İqdırda Ermənistana qarşı aksiya keçirilib
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Qars və İğdır şəhərlərində həyata keçirilən layihə çərçivəsində tədbirlər davam etməkdədir.
Səfir: “Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir”
"Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili problemidir”. Bunu Qubada səfərdə olan İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fanani deyib. O bildirib ki, Azərbaycan öz torpaqlarını nəyin bahasına olur-olsun, işğaldan azad etməlidir: “Biz həmişə sülh yolunu dəstəkləmişik. Beynəlxalq təşkilatlarda Qarabağ mövzusunda Azərbaycana dəstək vermişik və verəcəyik”.
Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində rəsmi səfərdədir
Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir. Bu gün Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası öz işinə başlamışdır. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. Millət vəkilləri ilə yanaşı hökumət nümayəndələri - Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev, İqtisadiyyat nazirliyinin Departament rəhbəri cənab Ruslan Rüstəmli də Parlament Əməkdaşlıq Komitəsinin iclasına qatılmışlar. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri cənab Dik Şubel və cənab Lourens Meredits iştirak edirlər.
Mali Prezidenti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək
Mali Prezidenti 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mali Prezidenti İbrahim Bubakar Keyta iştirak edəcək.
The Аmerican Interest: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzunmüddətli təşəbbüs hazırlamalıdır"
"Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz kimi Rusiya, Türkiyə və İran arasında yerləşmiş narahat regionda təsir və etimad rıçaqlarını bərpa etməlidir". Bunu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutu və "İpək yolu" Tədqiqat Proqramının direktoru Svante Kornellin "The American Interest" jurnalında dərc olunan məqaləsində yazıb.
"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq"
"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq". Bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
Dövlət katibindən Dağlıq Qarabağla bağlı AÇIQLAMA: "ABŞ öhdəliklərə sadiqdir"
ATƏT-in Minsk qrupunun həmsədri qismində ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə öhdəliklərə sadiqdir. ABŞ-ın Dövlət katibi Reks Tillersonun Ermənistanla ABŞ arasında diplomatik münasibətlərinin yaradılmasının 25 illiyi münasibətilə müraciətində deyilir. Trend.az
Azərbaycan beynəlxalq əhəmiyyətli humanitar məsələlərin müzakirə edildiyi məkana çevrilib
Bu günlərdə Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Söhbət sayca dördüncü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir. Mayın 4-6-ı tarixlərində baş tutacaq forumun başlıca müzakirə mövzuları mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması olacaq. Məlumat üçün qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Forumun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır.
“Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda konfrans keçirilib
Bakıda “Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib. Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib ki, Heydər Əliyev həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirib.
Azərbaycan sülh, barış nümunəsi olduğunu dünyaya sübut edib
Mayın 4-6 tarixlərində ölkəmizdə 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Növbəti forumun əsas məqsədi siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Azərbaycanda keçirilməsi nənəvi hal almış Forum ölkəmizin dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir.
Səməd Seyidov Ukraynaya gedir
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərə gedəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkili Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək.
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan artıq mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzidir
“Azərbaycan sülh, barış nümunəsi olduğunu dünyaya sübut edib və dünya da bunu belə qəbul edib”. Bu millət vəkili Azər Badamov deyib.














