Siyasət
“Minsk qrupunun bəyanatı Azərbaycanın artan nüfuzundan xəbər verir”
ATƏT Minsk qrupunun həmsədrləri Alxanlıdakı hadisə ilə bağlı ikinci bəyanatlarında təxribatların Ermənistan tərəfindən törədildiyini, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğunu aydın şəkildə etiraf etdilər.
Müvəkkil Hüquq Mərkəzinin bəyanatı
Müvəkkil Hüquq Mərkəzi 2 yaşlı Zəhranın erməni terroçuları tərəfindən öldürülməsini qətiyyətlə pisləyir. İnsan hüqularına qarşı törədilmiş bu qəsdi insanlıq üçün utancverici bir hadisə hesab edirik. Dünyada qondarma soyqırımı təbliğatı aparan ermənilər iyirminci yüzillikdə 2 dəfə Azərbaycan türklərinə qarşı soyqırımı aparıblar.
Dağ yəhudiləri dini icmasının rəhbəri: "Bütün dünya Ermənistanın insanlıq əleyhinə cinayətindən xəbərdar olsun"
Azərbaycana qarşı, xüsusilə də dinc sakinlərə qarşı növbəti erməni təxribatı bəşəriyyətə qarşı cinayətdir. Bunu Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevdeyib. Onun sözlərinə görə, Ermənistan bu cinayətkar hərəkətlərinə görə cəzalandırılmalıdır. M.Yevdayev qeyd edib ki, cəzasız qalmaqla Ermənistan bu cür cinayətləri törətməkdə davam edəcək: "Biz, Azərbaycanda yaşayan yəhudilər, Ermənistanın Azərbaycana qaşrı cinayətkar əməllərini qətiyyətlə pisləyirik. Biz hər şeyi edəcəyik ki, bütün dünya Ermənistanın insanlıq əleyhinə cinayətindən xəbərdar olsun".
Sabirabadda yol tikintisinə 14 milyon manatdan çox vəsait ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Erməni tərəfi TƏSDİQLƏDİ: xeyli itkilər var
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun zərbələri nəticəsində verdiyi itkilərin bir hissəsini təsdiq edib.
İstanbulda “Ya Qarabağ, ya ölüm” şüarı
Türkiyənin İstanbul şəhərində Dünya Çempionlar King Boks Gecəsi keçirilib. Beynəlxalq Diaspora Mərkəzinin mıtbuat xidmıtindən “OLAYLAR”-a bildirilib ki, final yarışında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Sinan Ulutürk Azərbaycan xalq mahnısı “Sarı gəlin”-in sədaları altında Azərbaycan bayrağı ilə “Qarabağ Azərbaycanındır” şüarı və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) loqosunu əks etdirən köynəklə rinqə çıxıb.
Azərbaycanın növbəti zərbəsi: Ermənilər öz qazdıqları quyuya düşdülər
Alxanlıdakı hadisə - 2 yaşlı körpənin və nənəsinin ermənilər tərəfindən öldürülməsi bir neçə gün içində dünyanın bir sıra nüfuzlu media orqanlarında yayımlandı və törədilən hadisə pisləndi. Assosiated Press, BBC, Euronews, New York Times, Washington Post, Le Monde və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırdı, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yaydılar. Nəticə etibarilə beynəlxalq təşkilatlar - ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstərdilər.
AHİK İcraiyyə Komitəsi bəyənat yaydı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyənat yayıb. Bəyənatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması və 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının qəlpə yarası alması Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir.
“Azərbaycan bizi bu silahlarla məhv edəcək” – Ermənistanda MÜHARİBƏ QORXUSU
Erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək iki yaşlı Zəhranın və nənəsini qətlə yetirməsi bu ölkənin ictimaiyyətində müharibə qorxularını artırıb. Publika.az xəbər verir ki, erməni jurnalist Sarkis Artsruni müharibənin başlayacağı haqda yazıb. Erməni jurnalist qeyd edir ki, “biz müharibəyə yaxınlaşdıq və bu, Ermənistan üçün böyük təhlükə ola bilər”. “Hətta “aprel müharibəsi”ndən də təhlükəli olan döyüş başlaya bilər. “Aprel müharibəsi” “ildırımsürətli” idi. İndi isə müharibənin motivləri çox dərin və çoxqatlıdır”, - deyə o vurğulayıb. S.Artsruni yazır ki, Azərbaycan Dağlıq Qarabağda mövcud statrus-kvonu dəyişdirmək üçün geri çəkilməyəcək: “Ermənistanda isə Serj Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün bu müharibədən istifadə edir”. Digər erməni jurnalist Tavos Arşakyan isə mümkün müharibədə Rusiyanın Ermənistanı müdafiə etməyəcəyini düşünür.
Ermənistan müharibəyə başladı
Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.
Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər
Vaşinqtonda ABŞ-la Çin təmsilçilərinin müzakirələr aparmasına dünya KİV-i maraq göstərib. Tərəflər qlobal səviyyədə əhəmiyyəti olan bir sıra problemlər haqqında fikir mübadiləsi aparıblar. Onlar daha çox Şimali Koreyanın nüvə silahı və ballistik raketləri ətrafında danışıblar. Rəsmi Vaşinqton açıqca Çindən tələb edib ki, koreyalıları durdursun. Bu baş verməsə həm Şimali Koreyaya, həm də Çinə pis olacaq. Amerika nümayəndələri konkret ifadə ediblər ki, Çinə ağır zərbə vurula bilər.
Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times" müraciət etdi
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə xəbərlərə dünya mediasında geniş yer ayrılıb. Beynəlxalq medianı məlumatlandırmaq məqsədi ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times” kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə məktubla müraciət edib. Avropa Azərbaycan Cəmiyyəti məktubu "Olaylar" - a təqdim edir. Məktubda deyilir:
Gürcü mediası erməni təxribatından yazıb
Gürcüstanın newpress.ge və nsp.ge saytları Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar xəbərlər yayıb. “OLAYLAR”-ın xəbərinə görə,“Borçalı irəli” İctimai Birliyi tərəfindən həmin saytların redaksiyasına göndərilən materiallarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olması bildirilir.
Gənc alim və mütəxəssislər ermənilərin mülki əhaliyə qarşı təxribatlarını qətiyyətlə pisləyirlər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar bəyanat yayıb.














