Siyasət

“Azərbaycan hər an müharibəyə hazırdır” -  Polkovnik Ramaldanov

11 İyul 2017 14:15

“Azərbaycan yeni silah-sursat və döyüş texnikaların alınmasını davam etdirir. Ermənistan tərəfi bundan narahatdır. Çünki Ermənistan və onun havadarları Azərbaycana hərbi yoldan başqa seçim qoymurlar”.

Azərbaycan Ermənistan və Rusiya sərhədçilərinin Dağlıq Qarabağda təlimlər keçməsi barədə məlumatı araşdırır

11 İyul 2017 13:46

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır. Bunu müraciətini cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.

“5-ci kolon”un fəallığının artması nəyə hesablanıb?

11 İyul 2017 13:30

Bir qayda olaraq Azərbaycan mühüm siyasi proseslər ərəfəsində olanda, yaxud ölkə beynəlxalq əhəmiyyətli konfrans və forumlara evsahibliyi etdiyi zaman kəsiyində Bakı müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşir.

Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir”

11 İyul 2017 12:52

"Cənab Prezident İlham Əliyevin Türkiyədə keçirilən XXII beynəlxalq neft konqresinin işində iştirakı, etdiyi nitqi və keçirdiyi ikitərəfli görüşləri müstəsna əhəmiyyət daşıyır”. Bunu millət vəkili Musa Qasımlı deyib.

Ermənistanda siyasi hakimiyyət böhranı  yaranıb

11 İyul 2017 12:51

Son günlər cəbhənin təmas xəttində vəziyyət gərginləşməkdə davam edir. Ermənistan silahlı birləşmələri mütəmadi olaraq atəşkəs rejimini pozur. Baş verən təxribatlar nəticəsində təkcə hərbçilər deyil, mülki şəxslər də öldürülür.

Qətiyyətli qərarların qəbul edilməsi vaxtı çatıb

11 İyul 2017 12:41

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdikləri təxribat xarakterli əməlləri  beynəlxalq aləmdə ciddi rezonans doğurub. Artıq dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ermənilər tərəfindən 2 yaşlı uşaqğın qətlə yetirilməsini pisləyən bəyənatla çıxış ediblər. Paralal olaraq dünyanın tanınmış  media orqanları da sözügedən hadisəyə reaksiya veriblər. Maraqlıdır, beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın davranışına hər hansı formada təsir göstərə biləcəkmi?

Beynəlxalq birlik işğalçıya qarşı addımlar atmalıdır

11 İyul 2017 12:38

“Minsk qrupunun həmsədrləri ATƏT-in təməl sənədlərinə riayət etməlidir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

Avropa Komissiyası və “Şərq tərəfdaşlığı” üzv ölkələri enerji effektivliyi məsələlərini müzakirə edib

11 İyul 2017 12:33

Avropa İttfaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi dialoq çərçivəsində Aİ-nin genişlənmə məsələləri və mehriban qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Han Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və “Şərq tərəfdaşlığı” ölkələrinin digər nümayəndələri ilə görüşüb.

"Rusiya münaqişənin həllində rolunu artırmasa, müharibə qaçılmazdır"

11 İyul 2017 12:26

“İyulun 4-də Ermənistanın Füzulinin Alxanlı kəndində həyata keçirdiyi təxribat erməni vəhşiliyini sübuta yetirən minlərlə faktlardan biri idi. 2 yaşlı körpəyə, ümumiyyətlə mülki əhaliyə qarşı silah işlətmək, ağır toplardan istifadə etməklə kütləvi qırğın törətmək yalnız faşizm ideologiyasına məxsus addımdır”. Bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Azər Həsrət: “Ermənistanı müdafiə etmək üçün imkanlar tükənib”

11 İyul 2017 12:23

“Cəbhədə baş verənlər barəsində beynəlxalq təşkilatların susqunluğuna, yerinə yetirilməyən BMT qətnamələri kimi məsələlərə adətən əsəbi reaksiya veririk. Çünki ədalət istəyirik. Amma bu dəfə əsəbi deyil, pozitiv yanaşmaq istərdim”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Prezident İlham Əliyev: "Azərbaycan Özbəkistanla bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır" - YENİLƏNİB

11 İyul 2017 12:21

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.

Beynəlxalq təşkilatların ikili standartları

11 İyul 2017 12:16

Ermənistan özünün işğalçılıq və separatçılıq siyasətinin yeni mərhələsinə start verib. Artıq bir neçə aydır ki, düşmən ölkə cəbhə xəttində atəşkəsin pozulması hallarını intensivləşdirib, Qarabağda gərginliyi bir qədər də artırıb.

İlham Əliyev Monqolustanın yeni Prezidentini təbrik etdi

11 İyul 2017 12:01

Prezident İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu göndərib.

Məmmədyarov-Nalbadyan görüşünün vaxtı açıqlandı

11 İyul 2017 11:36

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş yerli vaxtla 19.00-da baş tutacaq. Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

Mübariz Əhmədoğlu: “Azərbaycanın Rusiya ermənilərinə münasibəti çox fərqli ola bilərdi”

11 İyul 2017 11:26

“Rusiya Xarici İşlər Nazirliyinin son vaxtlar ermənilərin bütün, o cümlədən separatçı hərəkətlərinə dəstək verməsi göz qabağındadır”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.