Siyasət
Ali Məhkəmənin Mülki və Hərbi kollegiyalarının sədrləri təyin edilib
Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.
Akif Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı bu gün həmçinin, A.Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında da sərəncam imzalayıb.
Gürcüstan vətəndaşları Prezident İlham Əliyevi "Ən xoşniyyətli dünya lideri" adlandırıblar
Gürcüstan vətəndaşları Azərbaycan Prezidenti İlham Əliyevi "Ən xoşniyyətli dünya lideri" adlandırıblar. Gürcüstanın nüfuzlu qəzeti "Həftəlik palitra" iyulun əvvəlində "Ən xoşniyyətli lider" mövzusunda soğru keçirib. Sorğuda iştirak edən təxminən 500 respondent "Hansı liderin daha xoşniyyətli siyasətçi olduğunu düşünürsünüz?" sualına cavab verib.
Azay Quliyev: ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu
ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu. Bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. Onun sözlərinə görə, iclasda ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi.
Adını dəyişdirmiş erməni AZƏRBAYCANDA TƏŞKİLAT RƏHBƏRİDİR
“Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir”. Bu fukirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsində səsləndirib.
Bahar Muradova: Bütün ölkələrin parlament dostluq qrupları erməni təxribatı ilə bağlı məlumatlandırılır
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə ermənilərin törətdiyi son təxribatla əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonenə müraciət ünvanlayıb. Bunu B.Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, məktuba müvafiq sənədlər və şəkillər əlavə edilib.
Azərbaycan səfirliyi Küveyt XİN-ə erməni təxribatı ilə bağlı nota göndərib
Azərbaycan Küveytdəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə erməni silahlı birləşmələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla bağlı müvafiq nota göndərib.
Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Bakıda öz işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub. Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin əsas mövzusu "Tibbi hüquq, bioetika və multikulturalizm"dir.
Avropa Parlamentinin komitə iclasında Ermənistan hərbi-siyasi rejimi kəskin tənqid edildi
Azərbaycanın Avronest PA nümayəndəliyindən “OLAYLAR”-a verilən məlumata görə Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin növbəti iclası keçirililib. İclasdason günlər, Azərbaycan və Ermənistan arasında cəbhədə yaşanan məsələ AP-nin deputatları və iclasa dəvət edilən Azərbaycanlı və Ermənistanlı müstəqil ekspertlər tərəfindən çox geniş müzakirə edilib. Müzakirələr zamanı, Sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın işğala məruz qaldığını, Azərbaycanlıların evlərini tərk etdiyini və cəbhədə iyulun 4-də günahsız insanların ermənilər tərəfindən öldürüldüyünü hər kəsin diqqətinə çatdırılıb.
"Ölkə başçısının Türkiyəyə səfəri Azərbaycan üçün olduqca əhəmiyyətlidir"
“Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən konqresdə iştirak etməklə göstərdi ki, qarşısına qoyduğu bütün hədəflərə çatıb”. Məlumata görə, bunu millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən deyib. Deputat vurğulayıb ki, Azərbaycan Avropanın, dünyanın enerji təhlükəsizliyində xüsusi yerə və rola malik olan dövlətdir.
Türkiyəni neytrallaşdırmaq istəyən erməni qəzetinə Aygün Attardan sillə kimi cavab
Türkiyədə ermənilərin nəşr etdirdiyi bədnam “Agos” qəzet bu dəfə Türkiyə dövlətinin Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ədalətli mövqeni tənqidb edib. Qəzet iddia edir ki, Ermənistanın işğalçı siyasətinə rəğmən Türkiyə qonşu dövlət olaraq hər iki ölkə ilə eyni məsafədə dayanmalı, neytral və barışdırıcı mövqe tutmalıdır.
Fransadakı azərbaycanlılar Alxanlı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə Azadinform-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qarabağda böyük müharibə: Türkiyəli politoloq Bakının üstünlüklərini AÇIQLADI
“Ermənistan və Azərbaycan arasında 25 ildir davam edən müharibə mülki əhalinin hədəf alınması ilə davam edir. Bu cəbhə döyüşü yaxında hər bir tərəfə sıçrayacaq böyük müharibəyə çevrilə bilər”.
Erməni general ölkəsinin Azərbaycan qarşısında hərbi balansının zəif olduğunu etiraf etdi
“Ermənistanın Azərbaycanla arasında olan hərbi güc balansı çoxdan pozulub. Azərbaycanda o qədər silah var ki, silah muzeyi yarada bilər”. SİA xəbər verir ki, bu barədə erməni hərbi eksperti, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı işğalçılıq siyasətində iştirak etmiş “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan Rusiyanın Azərbaycana silah satması ilə bağlı fikirlərini 1in.am saytına açıqlayarkən deyib. Lakin o növbəti dəfə sərsəmləyərək bildirib ki, guya Ermçənistanın elə bir silahı var ki, həmin silahdan Azərbaycanda yoxdur. O, buna misal kimi “insan faktorunu” göstərib. Əslində, bu gün Ermənistanın hansı səviyyədə çabalayan ölkə olduğunu, ölkədə səfalətin, aclığın, kütləvi köçlərin baş aldığını nəzərə alarsaq, erməni generalının “insan faktoru” kontekstli fikirlərinin həqiqətən də gülünc olduğunu görə bilərik.
Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI: Ermənistan TƏLAŞ İÇİNDƏ
Azərbaycanın Rusiyadan aldığı silahların yeni partiyasının Bakıya gətirilməsi və cəbhə bölgəsinə göndərilməsi Ermənistanın əsas gündəmidir. Ermənistan ictimaiyyəti İrəvan hakimiyyətini Rusiyaya cavab verməməkdə ittiham edir, Serj Sarkisyanı qorxaq adlandırır, həmçinin, Qarabağda genişmiqyaslı hərbi toqquşmaların olacağına dair narahatlıqlarını dilə gətirir.














