Siyasət
QHT rəsmisi: “Düşmən öz anladığı dillə, anladığı üsulla cəzalandırılmalıdır”
"İşğalçı Ermənistan silahlı qüvvələrinin bugünlərdə Füzulinin Əlixanlı kəndində növbəti təxribatı nəticəsində həyatını itirmiş günahsız insanların – nənə və körpə nəvənin öldürülməsi, daha bir qadın vətəndaşımızın isə ciddi yaralanması hadisəsinə Azərbaycanda, dünyada verilən reaksiyaları diqqətlə izləyirik”. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Bakı ölüm raketlərini cəbhəyə göndərir
İyunun 10-da Azərbaycanın Rusiyadan aldığı silahların növbəti partiyası Bakıya çatdırıldı. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.
ABŞ-da Azərbaycan və regionun strateji əhəmiyyəti müzakirə edildi
İyulun 10 – da Vaşinqton şəhərində hazırda nüfuzlu düşüncə mərkəzi olan “İrs Fondu”nda (Heritage Foundation) “Təhlükəsizlik və İqtisadi İnkişaf: İpək Yolu və Xəzər” mövzusunda tədbir keçirilmişdir. Azərbaycanın Amerikadakı səfirliyindən “Olaylar” – a bildirilib ki, tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, çoxsaylı düşüncə mərkəzlərinin əməkdaşları və müxtəlif ekspertlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açmış İrs Fondunun vitse-prezidenti Ceyms Karafano tədbirin əhəmiyyətini vurğuladı. Bundan sonra çıxış edən Ağ Evin Mərkəzi Asiya üzrə direktoru David Qambl regionun əhəmiyyətini qeyd edərək və ölkəsinin əməkdaşlığı irəli aparmaqda maraqlı olduğunu bildirdi. O, geniş əməkdaşlıq imkanlarından danışaraq əsasən iki istiqaməti vurğulamışdır: təhlükəsizlik və iqtisadi əməkdaşlıq. D.Qambl ABŞ-ın regionla daha çox iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini qeyd etdi.
Müdafiə Nazirliyindən Cəbhə XƏBƏRİ
ABŞ Konqresinin ofis binalarında 80 etirazçı saxlanılıb
TƏCİLİ XƏBƏR! Moskvada aləm bir-birinə DƏYDİ
Qarabağ məsələsində SON variant -Sülh əvəzinə ƏRAZİLƏR
"Türk axını": Avropanın enerji təhlükəsizliyi və geosiyasi maraqlar kontekstində
Rusiyanın dövlət başçısı Vladimir Putin iyun ayının sonlarında "Türk axını" layihəsinin reallaşmasının növbəti mərhələsinin startını verdi. O, Anapada gəmidə düyməni basaraq "irəli" dedi. Bu, "Türk axını" layihəsinin dənizin dibi ilə çəkilişinin başlaması deməkdir. Mütəxəssislər hesab edirlər ki, bu proses uğurla başa çatacaq.
İsveç Azərbaycanlıları Konqresindən Alxanlı faciəsi ilə bağlı MÜRACİƏT
İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı İsveç Krallığında Resytaqa, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər Departamentinə, jurnalistlər birliyi olan - Svenska Pen təşkilatına müraciət edib.
ÜAK Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yaydı
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsinin dinc əhalisinə qarşı daha bir cinayət iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilib.
"Həmsədrlər substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur"
"ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moldovada keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"BMT Ermənistandan işğalçı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağı niyə tələb etmir?"
Ermənistan tərəfindən həyata keçirilən təxribatlar nəticəsində regionda kövrək qeyri-stabil mühit formalaşıb. Bu, Latın Amerikası ölkələrində yayımlanan "Telesur Tv" telekanalının internet səhifəsində Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin "Dağlıq Qarabağ: Digər İşğal" adlı məqaləsində bildirilir.
Ermənilərin Alxanlıda törətdikləri təxribatla bağlı Almaniya Bundestaqına MÜRACİƏT
Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu zamanı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanmasını Bonn şəhərində yaşayan azərbaycanlılar qətiyyətlə pisləyirlər.
İranın media mütəxəssislərindən ibarət nümayəndə heyəti "Trend" BİA-nın qonağı olub
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının media mütəxəssislərindən ibarət nümayəndə heyəti bu gün Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) olub. Agentliklə tanışlıqdan sonra nümayəndə heyəti ilə Azərbaycanda medianın inkişafı, son illər bu sahədə əldə olunan nailiyyətlər, jurnalist peşəkarlığı və bu kimi mövzular ətrafında fikir mübadiləsi aparlıb.
"Mən Şuşada ölməliyəm" - Bayram Səfərov
Dünya Azərbaycanın işğal olunmuş torpaqlarını bizim ərazimiz kimi tanıyır. Biz işğal altında olan torpaqlarımızı geri qaytarmalıyıq. Həmçinin, dünya ictimaiyyəti də münaqişənin nizamlanmasına dair ikili mövqedən əl çəkməlidir. Biz doğma torpaqlara qayıdacağıq. Mən Şuşaya mütləq qayıtmalıyam! Övladlarım ora qayıtmalıdır. Mən orada doğulmuşam, orada da ölməliyəm.






.jpg)







