Siyasət

Patrik Sensburq: “Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmal

10 İyul 2017 15:44

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından  olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib. Avropa azərbaycan Cəmiyyəti bəyanatı “Olaylar” – a təqdim edir. Bəyanatda deyilir: “Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir çox dinc sakinin ağır xəsarət alması da danılmazdır.

"Azərbaycanın 22-ci Dünya Neft Konqresində iştirakı konqresin səmərəli keçməsinə çox böyük kömək edəcək"

10 İyul 2017 15:25

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etməsi, ölkəmizə neftlə bağlı məsələlərin müzakirəsində yaxından iştirak etməyə, bu məsələlər barəsində təcrübəmizi bölməyə imkan verir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə deyib.

İran XİN: "Son qarşıdurma zamanı 2 yaşlı uşağın ölməsi çox ağrılıdır"

10 İyul 2017 15:20

"Dağlıq Qarabağda qarşıdurma və gərginliyin artması nə bölgə xalqlarının, nə də bizim xeyrimizədir". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında 2 yaşlı Zəhranın ermənilərin atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı sualına cavabında deyib.

Ekspert: “Azərbaycan  bu gün hərbi yox, siyasi sahədə uğur əldə etməyə çalışmalıdır”- VİDEO

10 İyul 2017 14:52

“Ermənistan ordusunun cəbhəyanı kəndlərdə dinc azərbaycanlı əhalini atəşə tutmasının səbəbi var. Ermənistan 2015-ci ildə yeni hərbi doktrina qəbul edib. Ermənilərin düşüncəsinə görə, onlar hərbi baxımdan Azərbaycana artıq tab gətirə bilmirlər. Ona görə də başqa hədəf seçdilər – yaşayış məntəqələrini, mülki şəxsləri və obyektləri. Yaşayış məntəqələrini atəşə tutmaq taktikası ermənilərə sərf edir”.

Prezident İlham Əliyev: “Bu gün enerji təhlükəsizliyi deyəndə, Azərbaycanın icra etdiyi layihələr yada düşür”

10 İyul 2017 14:45

“Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələr bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək”. Bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Prezident: "Şahdəniz-2" layihəsinin icrası yaxınlarda tam başa çatacaq"

10 İyul 2017 14:43

"Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus "Şahdəniz" 1-1,2 trln. kubmetr ehtiyata malikdir".  Bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

Ərdoğan: "Cənub Qaz Dəhlizi" Türkiyə üçün prioritetdir"

10 İyul 2017 14:40

"Tikinti başa çatan və inşası davam etdirilən enerji layihələri Türkiyənin strateji mövqeyini və rolunu bir daha üzə çıxardı". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Ölkə başçısı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin önəminə xüsusi diqqət çəkib.

Azərbaycan prezidenti: “Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi”

10 İyul 2017 14:38

“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır, əməkdaşlıq çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli, strateji layihələrin icrasına imkan verib”.

Prezident İlham Əliyev: “Türkiyə gücləndikcə Azərbaycan da güclənir”

10 İyul 2017 14:35

“Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram”. Bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib. 

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi ermənilərin Alxanlı kəndindəki təxribatları ilə bağlı bəyanat yayıb

10 İyul 2017 14:33

Özbəkistandaki Azərbaycan Milli Mədəniyyət Mərkəzi bu ölkədə yaşayan azərbaycanlılar adından Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndindəki təxribatları ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Parlamentinə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb.

Baş nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan regional əməkdaşlığın önəmini dünyaya nümayiş etdirdi"

10 İyul 2017 14:20

"Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə dünyaya nümayiş etdirdik".

Nazir müavini BMT-nin sessiyasına qatılıb

10 İyul 2017 14:12

Azərbaycanın Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyinümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müavini Seyfədddin Talıbovun FAO-nun Baş Direktorunun müavini Daniel Gustafson ilə iki tərəfli görüşü keçirilib. Görüş zamanı Seyfəddin Talıbov Azərbaycan Respublikası ilə FAO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizdə kənd təsərrüfatı sahəsindəhəyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verib.

İtaliya Parlamentində Ermənistanın təcavüzünü pisləyən BƏYANAT

10 İyul 2017 13:56

İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divinanın İtaliyanın "Agenzia Nova" xəbərlər agentliyinin saytında və "L'Opinione" qəzetində 4 iyul Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu, 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması və nəticədə mülki azərbaycanlıların, yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər şəxsin yaralanması və mülki obyektlərə zərər yetirməsini pisləyən, eləcə də Ermənistanın işğalçılıq siyasətini tənqid edən açıqlamaları dərc olunub.

BAXCP rəsmisi: “Arif Hacılı ənənəvi olaraq maksimalist bəyanatlarla çıxış edir”

10 İyul 2017 13:48

Musavat partiyasının başqanı Arif Hacılının facebookda verdiyi bəyanatı ölkənin müxtəlif ictimai-siyasi dairləri tərəfindn iztehza ilə qarşılanıb.  Müsavat başqanı adıçəkilən sosial şəbəkədəki şəxsi hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Dağlıq Qarabağı işğaldan azad etmək üçün türk ordusuna əmr verməyə” çağırış edib. Məhz bu çağırışdan sonra istər iqtidar, istərsə də müxalifət düşərgəsində, hətta müsavatçılar arasında Hacılının çağırışı gülüşlə qarşılanıb.