Siyasət

"Qafqazda sülhü bərqərar etmək üçün zəruri addımlar atılmalıdır" 

10 İyul 2017 13:49

"İyulun 4-də erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı uşağı və nənəsini qətlə yetirməsi vəhşilikdir. Ermənilər bununla terrorçu olduqlarını bir daha təsdiq etmiş oldular". Bu fikirləri  Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

"Rusiya açıq şəkildə göstərir ki, Ermənistanın tərəfindədir"

10 İyul 2017 13:42

"İndiyə kimi Dilqəm Əsgərovla maraqlanmayan Rusiyanın Bakıya narkotik daşıyan ermənilərin qayğısına qalması təəccüb doğrur".  Bunu politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, Rusiyanın Azərbaycana qarşı münasibəti təəccüb doğrur. 

Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib

10 İyul 2017 13:35

İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qarabağ münaqişəsinin siyasi həll variantı tükənib

10 İyul 2017 13:27

Ermənistan öz qeyri-konstruktiv mövqeyi ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə əngəl olmaqdadır. İşğalçı ölkənin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki vətəndaşları atəşə tutması və insan tələfatına yol açan hadisənin baş verməsi bunun əyani sübutudur.

Ermənilər ordu ilə deyil, qadınlar, qocalar və uşaqlarla döyüşürlər

10 İyul 2017 13:25

ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı sessiyasında sessiyası başa çatıb. Sessiyada Minsk Bəyannaməsi qəbul edilib. Qurumun  İnsan hüquqları və humanitar məsələlər üzrə komitəsi tərəfindən hazırlanmış  Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış “Şərqi Avropada vəziyyət” qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib.

Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak edir

10 İyul 2017 13:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və 22-ci Dünya Neft Konqresində iştirak edən digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb.

Ermənilərin Azərbaycana göndərilməsi planının arxasında duran təhlükəli məqamlar

10 İyul 2017 12:54

Təəssüflər olsun ki, hələ də Azərbaycana qarşı ikili standartlar tətbiq edilməkdə, ölkəmizin haqq səsi eşidilməməkdə, bu azmış kimi haqq işi uğrunda apardığımız mübarizəyə görə bizə təzyiqlər göstərilməkdədir. Son günlər cəbhə xəttində baş verən erməni təxribatı fonunda bunu aydın şəkildə görürük.

Qərbin Qarabağ problemi fonunda Azərbaycana təsir imkanları

10 İyul 2017 12:49

Azərbaycanın həm iqtisadi, həm də hərbi gücü artdıqca bir çox Qərb dairələri bundan ciddi narahatçılıq keçirməyə başlayır. Və avtomatik oiaraq ölkəmizə qarşı müəyyən təsir vasitələrindən istifadə edilməyə başlanılır. Bu təzyiqlər isə əsasən iki formada özünü göstərir. Biri Qarabağda vəziyyəti gərginləşdirməklə, digəri isə Qərbin, Avopanın siyasi institutları, təşkilatları vasitəsilə təzyiqlər yolu ilə.

Londondakı Ermənistan səfirliyi qarşısında etiraz  aksiyası

10 İyul 2017 12:13

Dağlıq Qarabağda qoşunların təmas xəttinə yaxın ərazidə baş vermiş qətliama etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib. İki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilmiş və qana bulaşmış müqəvva yerləşdiriblər.  Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilıib ki, rəmzi aksiyanı diaspora üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Guliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər. Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunmuş “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Jan-Fransua Mansel: "Fransa Dağlıq Qarabağ məsələsində təşəbbüsü öz üzərinə götürə bilər"

10 İyul 2017 12:07

"Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesini bərpa edə bilər". Bunu  fransalı siyasətçi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.

Ermənilər mövqelərimizə 9 mərmi atıb

10 İyul 2017 11:49

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60 və 82 millimetrlik minaatanlardan da (9 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub.

Rusiyadan Azərbaycana raket mərmiləri gətirildi- VİDEO

10 İyul 2017 11:50

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

Azərbaycan prezidenti ABŞ dövlət katibi ilə görüşüb

10 İyul 2017 11:46

Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.  

Ermənilərin növbəti saxtakarlığı AÇIQLAMA

10 İyul 2017 11:39

Ermənilər qədər saxta, “komplekssiz” varlıq tanımıram. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, ötən ilin aprelində havadarlarını ayağa qaldırdılar ki, tükənirlər, döyüşlər dayandırılsın: “Aradan bir neçə gün keçəndən sonra dedilər ki, guya döyüşlər dayandırılmasa, bunlar Kürə kimi gəlib çıxa bilərlərmiş.

"Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı faktlarını dünya ictimaiyyətinə birgə çatdırmalıdır"

10 İyul 2017 11:34

"Azərbaycan və Türkiyə erməni təcavüzkarlığı barədə faktları dünya ictimaiyyətinə birgə çatdırmalıdır". Onun sözlərinə görə, dünya ictimaiyyəti erməni təcavüzkarlığına laqeydliklə yanaşır və bunun nəticəsində Azərbaycan əziyyət çəkir. O qeyd edib ki, dünyada Ermənistanın maraqlarını təbliğ edən ölkələr var. C.Küçük vurğulayıb ki, Ermənistan dinc azərbaycanlı və türklərə qarşı soyqırım həyata keçirib.