Rusiyadan ciddi xəbərdarlıq – “Hər an partlayış gözlənilir”
8 Avqust 2017 09:57 SiyasətABŞ Şimali Koreya böhranına yaramaz və şıltaq uşaq kimi münasibət göstərir.
Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Vaşinqton birbaşa məsuliyyət daşıdığı mövzuları başqalarına yükləməkdə maraqlı olur. ABŞ, istədiyini edə bilməyəndə, yaxud istədiyi oyuncağı alınmayanda özünü yerə vuraraq ağlamağa başlayan azyaşlını xatırladır. Koreya yardımadasında vəziyyət olduqca gərgindir. Ciddi xəta nəticəsində hər an "partlayış" baş verə bilər", - diplomat bildirib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31