Siyasət

Millət vəkili Nazirlər Kabinetindəki struktur dəyişiklərindən danışdı

17 Oktyabr 2017 18:02

“Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır”. Bunu millət vəkili Musa Quliyev deyib. Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycan dövlətçiliyi möhkəmlənib və inkişaf edir: “Dövlətin idarəetmə sistemi və mexanizmi təkmilləşir.

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

17 Oktyabr 2017 17:59

Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi +

17 Oktyabr 2017 17:42

Məlum olduğu kimi, dünən 4 mühüm beynəlxalq təşkilatın seçki müşahidə missiyası Qırğızıstanda keçirilən prezident seçkilərinin yekununa dair ilkin rəyini açıqladı. 400 nəfərlik müşahidəçi korpusun koordinatoru olan azərbaycanlı deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev keçirdiyi mətbuat konfransı ilə dünya mediasının diqqətini həm də müsbət mənada Azərbaycana çəkmiş oldu. 

Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə protokol imzalandı

17 Oktyabr 2017 17:07

Oktyabrın 17-də Tbilisidə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.

Dünya liderləri İlham Əliyevi təbrik etdilər

17 Oktyabr 2017 17:00

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə təbrik məktubu göndərib.

Aparılan islahatlar Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə xidmət edir

17 Oktyabr 2017 16:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni situasiyaya və çağırışlara uyğun olaraq son vaxtlar həyata keçirilən struktur islahatları idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir. İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik.

Deputat: Struktur islahatları idarəçilikdə effektivliyin artırılması üçün atılan mühüm addımdır

17 Oktyabr 2017 16:32

Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, Nazirlər Kabineti ali icraedici orqandır və bu icraedici orqanda aparılan islahatlar qurumun işinin effektivliyini, operativliyini artıracaq: “Bu isə idarəçiliyə müsbət təsirini göstərəcək”.

Prezident İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edib

17 Oktyabr 2017 16:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir"

17 Oktyabr 2017 16:14

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi işğalçı Ermənistana əvəzsiz və yaxud kredit hesabına silah verməli deyil". Bunu  Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..."

17 Oktyabr 2017 16:12

"Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur".

"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..."

17 Oktyabr 2017 15:42

Çexiyanın müdafiə sənayesi Assosiasiyasının prezidenti Yirji Hinek Avropa İttifaqını Azərbaycana silah embarqosunu ləğv etməyə çağırıb.  Hinek bu haqda "Prajskiy Telegraf" nəşrinə bildirib. Yirji Hinek deyib ki, Azərbaycan dünyada ən iri silah alıcılarından biridir.

Əxlaqsızlığı müdafiə edən beynəlxalq təşkilatlar

17 Oktyabr 2017 14:27

Avropa Şurası tərəfindən Azərbaycana qarşı təzyiqlər dalğası davam etməkdədir. Artıq insan hüquqları pərdəsi altında milli dəyərləri sıradan çıxarmaq niyyəi güdən Avropa Şurası müxtəlif bəhanələrlə ölkələrə hədə-qorxu gəlir. Vəziyyət o həddə çatıb ki, Qərbin hədəfində olan dövlətlərdə həyata keçirilən istənilən profilaktik addım təqib kimi dəyərləndirlir. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubova Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciət ünvanlayıb.

Prezidentlərin görüşü nə vəd edir?

17 Oktyabr 2017 14:20

Ermənistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması məqsədilə aparılan danışıqlardan yayınmaq cəhdlərinə baxmayaraq nəhayət ki, prezidentlərin görüşü baş tutdu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə görüşü reallaşıb. Hələlik prezidentlərin görüşündə müzakirə edilən məsələlərin detalları tam açıqlanmasa da ümumi razılaşmalar barədə məlumatlar sızmaqdadır.

Avropa İttifaqı Azərbaycanla əlaqələrə böyük önəm verir

17 Oktyabr 2017 14:09

Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin yaxın və uzaq qonşular, dünya dövlətləri ilə normal, qarşılıqlı anlaşma şəraitində əlaqələr qurmasına imkan yaradır. Təsadüfi deyil ki, elə bu səbəbdən, uğurlu balanslaşdırılmış xarici siyasət kursundan dolayı əksəriyyət dünya dövlətləri regionda Azərbaycanda əməkdaşlığa xüsusi önəm verir, Bakını özünün tərəfdaşı kimi görmək istəyir. 

Cenevrə görüşü: gözləntilər və nəticə

17 Oktyabr 2017 14:06

Nəhayət ki, uzun müddətli fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Cenevrədə keçirilən görüşdə problemin həlli istiqamətində tərəflər ciddi bir razılıq əldə etməsələr də, hər halda danışıqların baş tutması müəyyən mənada müsbət tendensiya hesab edilir. Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü barədə ekspertlərin mövqeyi birmənalı deyil. Bəziləri bu görüşü irəliyə doğru addım, bir başqaları isə əvvəlki görüşlərdən heç bir fərqi olmayan nəticəsiz danışıqlar kimi dəyərləndirib.