Siyasət
Leyla Yunusda psixi problemlər baş qaldırıb
Hüquq müdafiəçisi çətiri altında ölkəmizin qanına susamış üzdənirqlırdan yaxa qurtarmaq elə də asan məsələ deyil. Zatı, kökü, qanı korlanmış məxluqlar zombiyə dönüb çörəyini yediyi, suyunu içdiyi ölkəyə arxadan zərbə vurmaqdan ləzzət alırlar. Qozbeli qəbir düzəltdiyi kimi belə naqisləri də pis əməllərdən çəkindirmək mümkünsüz cəhddir. Belələri öz əməlləri ilə deyirlər: “mən pis adamam, öldürün məni, mən düzələn deyiləm”.
Səfir: "Son 25 ildə ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib"
"Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ-ın Azərbaycanla bağlı siyasəti sabit olub". Məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş işgüzar yemək zamanı deyib. Səfir bildirib ki, ABŞ müstəqil, çiçəklənən, demokratik Azərbaycanın tərəfdarıdır: "Biz bu siyasətin Azərbaycan xalqının məqsədləri ilə üst-üstə düşdüyünə inanırıq.
"Ermənistan danışıqlar prosesini yenə pozacaq"- MÖVQE
"Azərbaycan sülh istəyir. Lakin Ermənistan sülhə hazır deyil. Bu baxımdan düşünürəm ki, düşmən ölkə bu dəfə də hansısa ciddi addım atmayacaq". Bunu açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə İsveçrə zirvə görüşünü şərh edərkən deyib. Deputat bildirib ki, zəruri məqamda Ermənistan yenə də danışıqlar prosesini pozacaq: "Çünki, Ermənistan danışıqlar masasına beynəlxalq təzyiqlər nəticəsində qayıdıb".
İrəvanın Türkiyə və Azərbaycan xofu, NATO xiffəti - seçim yaxınlaşır
Həmsədrlərdən Qarabağla bağlı razılaşma xəbəri - əslində isə...
Deputat: "ABŞ Helsinki Komissiyasında Dağlıq Qarabağla bağlı dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət edir"
ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də keçirməyi planlaşdırdığı “Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu” mövzusunda dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət edir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
PA rəsmisi: "Sarkisyan razılaşmanı pozmağı özünə şərəf sayır"
Sarkisyan adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
Elçin Əhmədov: Rusiyanın Ermənistanı silahlandırması onun tərəfsiz vasitəçiliyini şübhə altında qoyur
2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.
Leyla Yunusdan daha bir ermənipərəsət mövqe
Azərbaycandan kənardakı fəaliyyətini sırf ölkəmizə qarşı təxribat və düşmənçiliyə sərf edən "hüquq müdafiəçisi" Leyla Yunus bu günlərdə daha bir ermənipərəsət mövqe sərgiləyib. “OLAYLAR” -ın xəbərinə görə, Çexiyanın paytaxtı Praqada ənənəvi olaraq keçirilən "Forum-2000" toplantısında çıxış edən Leyla Yunus Qərb dövlətlərinə müraciət edərək onları Azərbaycana qarşı "Suriya praktikasını" tətbiq etməyə çağırıb.
"Ermənistana təzyiqlər davamlı olmalıdır"- MÖVQE
“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünün nəticələrindən optimist nəsə söyləmək olmaz. Lakin dövlət başçıları səviyyəsində görüşün keçirilməsi o deməkdir ki, bizim prinsipial mövqeyimiz yenidən səslənir”. Bunu politoloq Fikrət Sadıqov oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü şərh edərkən deyib.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Oktyabrın 17-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müdafiə sahəsində mövcud əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan hərbi əlaqələrin bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığını qeyd ediblər.
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
Oktyabrən 17-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.
Düşmən 105 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.
Qışda Qarabağ müharibəsi BAŞLAYA BİLƏR: Putinin adamı AÇIQLADI
Görüşün nəticələri ilə bağlı bəyanatda tərəflərin gərginliyin qarşısının alınması və danışıqların davam etdirilməsilə bağlı razılığa gəldiyi deyilir. Lakin digər detallar açıqlanmır. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin inkişafına necə təsir edəcəyi maraqlıdır.
Deputat: “Prezidentin mövqeyi aparıcı dövlətlərin rəhbərlərinə bəllidir”
“Nəhayət Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tutdu və danışıqlar predmeti mövcuddur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar masası arxasında təmin olunmalıdır”. Bunu millət vəkili Rövşən Rzayev deyib.














