Siyasət

Çingiz Qənizadə: “Smit erməni diasporunun təsiri altındadır”

18 Oktyabr 2017 14:02

“Bu gün ABŞ-ın Helsinki Komissiyasında keçirilməsi nəzərdə tutulan Dağlıq Qarabağla bağlı dinləmələrin məqsədi erməni işğalına haqq qazandırmaq, ermənini yardıma ehtiyacı olan kimi təqdim etmək, Azərbaycanın yeni hərbi üsullara əl atmaqla torpaqlarının işğaldan azad olunması və ümumiyyətlə bu istiqamətdə gələcəkdə hər hansı bir addımın atılmasının qarşısını almaqdır”. Bunu Milli Məclisin üzvü Çingiz Qənizadə deyib.

Yohannes Han: "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır"

18 Oktyabr 2017 13:47

"Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır". Bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, Aİ ilə Azərbaycan münasibətləri yeniləmək və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişlə əlaqələrin tam potensialını inkişaf etdirmək niyyətindədir: "Hələlik adı məlum olmayan bu saziş ortaq fundamental dəyərlər və prinsiplər əsasında əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcək, qarşılaşdığımız çağırışlar və ortaq qlobal, siyasi-iqtisadi maraqları nəzərə alacaq. Saziş siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcək".

Tahir Rzayev: Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daim idarə olunur

18 Oktyabr 2017 11:55

Ermənistan prezidenti Serj Sarkisyan müstəqil siyasət yeritməyi, danışıqlarda öz sözünü deməyi bacarmayan bir şəxsdir. Bu barədə millət vəkili Tahir Rzayev deyib. Millət vəkili bildirib ki, Serj Sarkisyan daim himayədarlarının fikirləri ilə hərəkət edib və sona qədər də belə olacaq: "Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu əvvəllər də olub. Çünki o öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır.

Deputat: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır

18 Oktyabr 2017 11:53

Azərbaycan hüquqi dövlət yolunda inamla irəliləyir, inkişaf edir, dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə verdiyi sərəncamlarla sonuncu Konstitusiya dəyişikliklərinə uyğun olaraq idarəetmə sistemində, ali icra hakimiyyəti oqranında islahatlar başlayıb: “Əvvəla vitse-prezidentlik institutu yaradıldı, birinci vitse-prezident təyin oldu və birinci vitse-prezidentin aparatı, iş strukturu formalaşdırıldı və uğurla da fəaliyyət göstərir.

Düşmən 122 dəfə atəşkəs rejimini pozub

18 Oktyabr 2017 11:36

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.

Əflatun Amaşov QDİƏTPM-nın komitə iclasına qatılacaq

18 Oktyabr 2017 11:31

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 49-cu iclasında iştirak etmək üçün bu gün Albaniyanın paytaxtı Tiranaya səfər edəcək.

Siyasi şərhçi: “Ermənistan əməldə tamam başqa işlə məşğuldur” 

18 Oktyabr 2017 11:29

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü uzun fasilədən sonra baş tutdu. Ötən ilin aprel hadisələrindən sonra Ermənistanda bir qədər boğazdan yuxarı bəyanatlar səslənirdi". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Millət vəkili: "Sarkisyan daima idarə olunur" AÇIQLAMA

18 Oktyabr 2017 11:28

"Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu, əvvəllər də olub. Çünki öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır". Bu fikirləri millət vəkili Tahir Rzayev deyib.

Baş konsul Kaliforniyanın Fullerton Kollecində Azərbaycana dair mühazirə ilə çıxış etdi

18 Oktyabr 2017 10:02

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Fullerton Kollecinin dəvətilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Konsulluqdan Olaylar - a bildirilib ki, çıxışdan əvvəl nümayiş etdirilən və Azərbaycanın əsrarəngiz təbiəti, mədəniyyəti, Bakının gözəlliyi və görməli yerlərinin əks olunduğu video-çarx iştirakçıların böyük marağına səbəb olub. Mühazirədə N.Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib. Diplomat, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, Azərbaycan hökumətinin bu ənənələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib.

Müstəqilliyin doğulduğu gün

18 Oktyabr 2017 08:00

XX əsrin 80-ci illərindən keçmiş SSRİ-də təzə-təzə işlənməyə başlayan aşkarlıq, perestroyka, demokratiya sözlərinin qısa zamanda bu nəhəng ittifaqı yıxa biləcəyini bəlkə heç o zaman ittifaq rəhbərliyi də güman etmirdi. Əks təqdirdə zamanında bunun qarşısını alar və aşkarlıq arzusunda olanları yerindəcə boğardı. Bəlkə də talenin bir qisməti, taxud düşünülmüş planın tərkib hissəsi idi ki, aşkarlıq, perestroyka ilə başlayan situasiya, proseslər ildırım sürəti ilə bütün müttəfiq respublikalara yayılaraq ittifaq ölkələrinin müstəqilləşməsinə yol açdı.

“Azərkosmos” ASC nazirliyin tabeliyindən çıxarıldı

17 Oktyabr 2017 19:05

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb. Azərbaycan prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli sərəncamında dəyişiklikləri təsdiqləyib.

"Bu təkmilləşdirmə qərarların dürüst, dəqiq, çevik mexanizmidir"

17 Oktyabr 2017 18:12

“Azərbaycan bütün sahələrində islahatlar aparılır, bu islahatların davamlı olaraq həyata keçirilir və ictimaiyyət tərəfindən dəyərləndirilir”. Bu sözləri  açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Ölkədə uğurla aparılan struktur islahatları

17 Oktyabr 2017 18:06

Hər bir ölkədə hökumət kabineti həmin ölkənin əsas bel sütunu hesab edilir və onun iqtisadi inkişafının parametrlərini müəyyənləşdirir. Azərbaycanda isə məlum olduğu kimi hökumətin funksiyasını Nazirlər Kabineti həyata keçirir. Onu da etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi idarəetmə, hökumətdə də zamanın, günümüzün tələblərinə uyğun təkmilləşdirmə, onun fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmaq başlıca şərtdir. Və zaman-zaman Azərbaycanda qeyd edilən istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir, addımlar atılır.