Siyasət

Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək

21 Fevral 2018 18:19

Prezident İlham Əliyev akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Qobustanda xalça istehsalı emalatxanası tikiləcək

21 Fevral 2018 18:18

Prezident İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği artırıldı

21 Fevral 2018 18:02

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Elçin Mirzəbəyli: “Xocalı ilə bağlı Ərdoğanın fikirləri çox önəmlidir"

21 Fevral 2018 16:17

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında Xocalı soyqırımı haqqında çıxış etməsini və bu qətliamı pisləməsini təbii qəbul edirəm. Çünki Azərbaycan Türkiyənin, Türkiyədə hər zaman Azərbaycanın yanındadır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Ermənilərdən Fuad Abbasova qarşı şok təxribat

21 Fevral 2018 16:08

Moskvada yaşayan, Azərbaycanın və qardaş Türkiyənin maraqlarını müdafiə edən telejurnalist Fuad Abbasov ciddi erməni təzyiqi ilə üzləşib.  Fuad Abbasov şaxtalı fevral günlərində mənzilini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Jurnalist bunun qəsdən törədilmiş təxribat olduğunu bildirir və əmin edir ki, bu, onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. 

YAP İlham Əliyev üçün imzatoplama kampaniyasını yekunlaşdırdı

21 Fevral 2018 15:40

Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi imzatoplama kampaniyasını başa çatdırıb. “Olaylar” xəbər verir ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanab.

Politoloq: “Dağlıq Qarabağda hər an müharibə baş verə bilər”

21 Fevral 2018 15:11

“Dağlıq Qarabağda hər an müharibə baş verə bilər. Biz bunu heç vaxt gizlətməmişik”. Bu fikirləri  açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. Politoloq qeyd edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin əbədi ola bilməyəcəyini hər zaman demişik.

Asim Mollazadə: “Minsk qrupu institutunu ciddi müzakirə etməliyik”

21 Fevral 2018 15:06

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir”. Bunu  millət vəkili Asim Mollazadə deyib.

Bəzi avropalı parlamentarilərin Ermənistanın işğalçılığına dəstək siyasəti

21 Fevral 2018 14:35

Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, tutduğu mövqeyə görə dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biridir. Bu faktoru Avropaya da şamil etmək olar. Xüsusilə nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan xüsusi rola malikdir, o zaman qoca qitəınin ölkəmizə olan marağı başadüşüləndir. Günümüzdə Azərbaycan Avropanın siyasi təsisatları ilə də sıx əlaqələr qurub. Avropa Şurası, bu qurumun Parlament Assambleyası, Avropa Komissiyası, Avropa Parlamenti, AvroNest Parlament Assambleyası NATO hərbi bloku və s. qurumlarla qurulan əlaqələr bunun əyani sübutudur. Sevindirici hal ondan ibarətdir ki, bütün Avropa təsisatları Dağlıq Qarabağ problem ilə bağlı məsələdə Azərbaycanın ərazi bütvlüyünə hörmətlə yanaşır.

Radikalların etik çərçivələri aşan mübarizəsi

21 Fevral 2018 14:33

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik, seçkiöncəsi ziddiyyətlər özünün pik nöqtəsinə qədəm qoyur. Ancaq bu gərginılik heç də özünü cəmiyyətlə daha çox işləmək, xalqın səsini əldə etmək istiqamətində büruzə vermir. Əksinə cəmiyyətdə, xalq arasında seçkini gözdən salmaq, ona xələl gətirmək kimi hal və hərəkətlər müşahidə edilir. Yenə də bu “mübarizə cəbhəsində” yer alan radikal müxalif düşərgədir. Prezident seçkilərində məğlub olacaqlarını əvvəllcədən bilən radikallar onu boykot etməklə nəsə əldə edəcəkləri düşüncələrinin puça çıxdığını gördükdən sonra indi də mübarizə üsulunu dəyişərək cəmiyyətdə xaos, anarxiya yaratmaq kimi fəaliyyətlərə üstünlük veriblər. Əsasən sosial şəbəkələr üzərindən aparılan bu fəaliyyətlər bir neçə istiqaməti özündə ehtiva edir. Və diqqət etsək aydın şəkildə görə bilərik ki, hər bir istiqamət də yuxarıda qeyd etdiyimiz məqsədə xidmət edir. Radikalların fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə belə bir mənzərə ortaya çıxır.

Sahibə Qafarova Türkiyədə üçtərəfli görüşə qatılacaq

21 Fevral 2018 14:24

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 23-dən martın 1-dək Türkiyədə səfərdə olacaq.

Sarkisyanın əli Azərbaycan xalqının qanına bulaşıb

21 Fevral 2018 14:23

"O dövrdə Azərbaycanın rəhbərliyində daha bacarıqlı, daha cəsarətli, daha qətiyyətli, dövlətçiliyi, idarəetməni dərindən bilən bir insan olsaydı, Azərbaycanda olan hərbi-silahlı qüvvələrə vahid komandanlıq təmin oluna bilsəydi, Xocalıya zamanında kömək gəlsəydi, təbii ki, bu qanlı qətliamdan, XX əsrin ən dəhşətli qırğınlarından, soyqırımlarından olan Xocalı soyqırımından qaçmaq mümkün olardı”.