Siyasət

Özümüzə kəsdiyimiz fətva

21 Fevral 2018 13:54

İrəvanın Bakıya qarşı şok planı: Şirinyandan sərsəm təklif...

21 Fevral 2018 13:27

İşğalçı Ermənistanda 2016-cı il dördgünlük aprel müharibəsində aldığı zərbələri uzun müddət yaddan çıxmayacaq. Siyasətşünaslıq elmləri doktoru Levon Şirinyanın Ermənistan mediasına dedikləri də bunu sübut edir.

Musa Quliyev: “Dünya Xocalı soyqırımına qiymət verməlidir”

21 Fevral 2018 12:17

“Biz Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə kifayət qədər çatdırmışıq. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə çox ciddi diqqət yönəldilib”. Bunu  millət vəkili Musa Quliyev deyib.

Erməni haqqında "İnterpol” xətti ilə axtarış elan olundu

21 Fevral 2018 12:12

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərə qarşı Baş Prokurorluq tərəfindən cinayət-hüquqi tədbirlər davam etdirilir.

Rəsmi Bakıdan Fransa diplomatlarına çağırış: "Erməni dezinformasiyasına uymasınlar"

21 Fevral 2018 11:53

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransa XİN-nin açıqlamasına münasibət bildirib. H.Hacıyev deyib ki, digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir: “Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb.

Düşmən 135 dəfə atəşkəsi pozub

21 Fevral 2018 11:13

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Elxan Şahinoğlu: “Kreml Türkiyə prezidentinin nəbzini yoxlamaq istəyirdi”

21 Fevral 2018 11:08

“Bəşər Əsəd Moskvanın marionetkasıdır, bunun bariz nümunəsini Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir"

21 Fevral 2018 11:06

"Vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərəkDağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik". Məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Deputat: "Hər bir adamın fərdi qiymətləndirilməsi aparılacaq"

21 Fevral 2018 11:03

“Cəmi iki ildən sonra Çində hər bir adamın fərdi qiymətləndirilməsi aparılacaq. Buna sosial reytinq sisteminin (Social Credit Score) tətbiqiylə start verilir”. Məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Əfv Komissiyasının bügünkü iclasında daha 100-ə yaxın müraciətə baxıldı

20 Fevral 2018 18:10

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Məlumata görə, bu gün keçirilən iclasda komissiyaya daxil olan 100-ə yaxın müraciətə baxılıb.