Siyasət
Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini ilə görüşüb
Fevralın 20-də YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stiven Makkormik ilə partiyanın mənzil qərargahında görüşüb. Partiyadan “OLAYLAR”-a bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ilə Britaniya arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikini şərh edib. O, bildirib ki, Ermənistan prezidentinin sözügedən təbrikdə erməni terror təşkilatı ASALA üzvü və onlarla günahsız insanların terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirməsi Ermənistan hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl mahiyyətini sübut edir: "Terrorçu Monte Melkonyanla birlikdə səhra komandiri kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi işğal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin nəticələrini nailiyyət kimi təqdim edir.
İlk dərslər Xocalı soyqırımına həsr ediləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək. Bu barədə Təhsil İdarəsindən məlumat verilib.
Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ön xəttdəki hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib.
Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşüb
Fevralın 20-də MDB İcraiyyə Komitəsinin Moskva bölməsində Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafət Əsgərov Rusiya Federasiyası Prezidenti seçkilərində MDB müşahidəçiləri missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski ilə görüşüb. Məlumata görə, görüşdə seçki kampaniyası və missiyanın işinin təşkili ilə bağlı məsələlər geniş müzakirə edilib.
Elmar Məmmədyarov Misir səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri, xanım Suzan Gəmil Nouhu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Tbilisidə Xocalı soyqırımına həsr edilmiş qanvermə aksiyası keçiriləcək
Gürcüstanın paytaxtı TbilisidəXocalı soyqrımının 26-cı ildönümü ilə bağlı qanvermə aksiyası keçiriləcək. Məlumata görə, aksiya Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstanda fəaliyyət göstərən “Loğman” tibb mərkəzi tərəfindən təşkil olunacaq.
Bir neçə saata müharibə BAŞLAYACAQDI - Türkiyəyə qarşı çirkin oyunun ŞİFRƏLƏRİ
Hərbi ekspert: “Zakir Həsənov bir daha öz qəti mövqeyini səsləndirdi”
“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının nümayəndəsi ilə görüşündə “müharibə hər an başlaya bilər” xəbərdarlığını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev də dəfələrlə nitqlərində səsləndirib. Əgər BMT-nin məlum 4 qətnaməsi qəbul olunmazsa, beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan işğal olunmuş torpaqları sülh yolu ilə azad etməsə rəsmi Bakı bütün vasitələrdən istifadə edərək, o cümlədən müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edəcək”. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəllidir
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasına rəhbərlik edəcək.
“Ermənistanda İlham Əliyevin Yerevanı götürəcəyinə inanırlar”
Ermənistan prezidenti Serj Sarkisyanın Münhen Təhlükəsizlik Konfransına qatılması aprel döyüşlərindən sonra Almaniyaya qaçmasına çox oxşadı. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, Sarkisyan Azərbaycanın aprel döyüşlərində qələbəsini Ermənistan silahlarının sovet istehsalı olması ilə əlaqələndirdi: “Azərbaycan səni qoymur silah alasan?”.
Radikal dindarların seçkiyə təsir etmə istəyi
Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi atmosfer də dəyişir. Hər dəfə ölkədə keçirilən bu və ya digər seçkidə siyasi proseslərə müdaxilə etmək istəyinə düşən radikal dindarlar deyəsən prezident seçkiləri ərəfəsində də öz ənənəvi “fəaliyyətləri”ni işə salıblar. Belə ki, bu qəbildən olan insanlar sosial şəbəkələrdə hakimiyyətin ünvanına bir sıra tələblər səsləndiriblər. Həmin tələblərdə qeyd olunur ki, hakimiyyət onun namizədinə səs verilməsini istəyirsə ilk növbədə Mövsüm Səmədov başda olmaqla bütün dindarları azad etməlidir.
Zakir Həsənov Belarusa gedəcək
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minskə gedəcək.
Zahid Oruc: "Radikal müxalifətin xalqa heç bir bağlılığı yoxdur"
“Rusiyada kimsə seçkilərdə “Tramp effekti” gözləmir. Əlbəttə, heç Birləşmiş Ştatlarda da seçkilərin taleyini Kremlin casusları həll etmirdi. Sadəcə, Obamanın idarəçiliyindən bezən ağ amerikalılar özlərini kəskin diksriminasiyada hiss etməyə başladılar və üsyana qalxdılar”. Məlumata görə, bu barədə millət vəkili Zahir Oruc özünün “facebook” səhifəsində yazı paylaşıb.














