Siyasət
Politoloq: “Putinlə Ruhani Əsədi risqli addımdan çəkindirməlidir"
“Türkiyə diplomatiyası bu gün ordudan geri qalmadı. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan gün ərzində rusiyalı və iranlı həmkarları ilə təcili telefonla danışdı”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ərdoğan Xocalı qurbanlarını anıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Azərbaycan şəhidlərinin xatirəsini yad edib. O, hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında çıxışı zamanı Xocalı soyqırımına toxunub.
Minsk qrupuna Türkiyənin üzvlüyü yenidən aktuallaşır
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu 25 ildən artıqdır ki, münaqişənin həllini bir addım belə irəli apara bilməyib. Nəinki problemin həllində irəliləyişə nail olub, əksinə heç onu yerindən belə tərpədə bilməyib. Münaqişənin başladığı və guya onun həlli istiqamətində Minks qrupu adlı qurum hərəkətə keçdiyi gündən indiyə qədər yalnız görüntü xarakterli fəaliyyətlər, münaqişənin həllinə hesabıanmayan turistik səfərlər yadda qalıb. Təəssüflər olsun ki, hazırda da eyni mənfi tendensiya davam edir.
“Sarkisyanın çağırışı havada asılmış vəziyyətdə qalacaq”
Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəyə barışıq təklif edib. Türkiyə Sarkisyanın çağırışına hansı cavabı verəcək?
Ramin Məmmədov: “Biz Xocalıya hüquqi qiymət verilməsinə çağırış edirik"
“Artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası həyata keçirilir. Bu təşəbbüs tək gənclər təşkilatının təşəbbüsü deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrini əhatə edən geniş beynəlxalq kampaniyaya çevrilmişdir. Bunun nəticəsi kimi artıq bir neçə ölkə Xocalıda baş vermiş hadisələrə soyqırım xarakterli münasibətini göstərib”. Bunu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov deyib.
Diqqətçəkən məsələ Azərbaycan ordusunun daim hazır vəziyyətdə olmasıdır
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Politoloq: "Yerli əhalinin ermənilərlə heç bir əlaqəsi olmayıb"
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının bu günlərdə keçirdiyi qurultayında "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır" sözləri hər bir azərbaycanlının bilməsi vacib olduğu tarixi gerçəkliklərdəndir. Prezidentin İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması”nın vacibliyini bildirməsi hər bir azərbaycanlını planetin harasında yaşamasından asılı olmayaraq bu istiqamətdə kordinasiyalaşmış şəkildə fəaliyyət göstərməsini zəruri edir”. Bunu politoloq Zaur Məmmədov deyib.
Səfirimiz Ermənistanın işğalçılıq siyasətindən danışıb
Ermənistanın paytaxtı İrəvan şəhəri Azərbaycanın tarixi ərazisidir və Prezident İlham Əliyev bu həqiqəti bir daha bəyan edib. Bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın “Front News International” portalına müsahibəsində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərə dair jurnalistin sualını cavablandırarkən söyləyib.
Prezident generala yeni müavinlər təyin etdi
Azərbaycan xalqına müjdə: Prezident borcları silir
Ankarada Xocalı soyqırımına həsr olunan toplantı
Azərbaycanın Ankaradakı səfirliyi və Yeni Dünya Vəqfi Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib. Tədbirdə Türkiyə və Azərbaycan parlamentlərinin üzvləri, elm adamları, diaspora fəalları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada təhsil alan xarici tələbələr iştirak ediblər.
Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsi ilə bağlı müzakirə aparıblar
Bakıda Azərbaycan Hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında 8 avqust 2017-ci il tarixli Anlaşma Memorandumu əsasında yaradılmış birgə işçi qrupunun birinci iclası keçirilib.
Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident Abbas Ələsgərovun vəfatı ilə əlaqədar başsağlığı verdi
Əməkdar memar Abbas Ələsgərovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.














