Ərdoğandan III Dünya müharibəsi BƏYANATI: "Hər şeyə hazır olmalıyıq"
15 Mart 2018 01:28 Siyasət"Suriyadakı ABŞ-ın hərbi bazaları niyə quruldu. Hər halda Rusiyaya görə deyil".
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Suriyada 20 hərbi baza quruldu. Niyə quruldu? İlk ağla gələn İran və Türkiyədir. Hər halda, Rusiya deyil. Bu, üçüncü dünya müharibəsi anlamına gəlir. Hər şeyə hazır olmalıyıq", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31