Siyasət
İranın müdafiə naziri Azərbaycana səfərə gəlir
İranın müdafiə naziri Əmir Hatəmi Azərbaycana səfər edəcək.
Seçkiləri müşahidə etmək istəyən 24 müşahidəçi qeydiyyata alınıb
Bu günə qədər prezident seçkilərini müşahidə etmək istəyən 24 müşahidəçi qeydiyyata alınıb.“Olaylar”ın məlumatına görə, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.MSK sədri deyib ki, bu müşahidəçilərin 9-u öz təşəbbüsü ilə müşahidəçi olub, qalanları isə QHT təmsilçisidir.
Artur Rasizadə bu nazirliyin tərkibini dəyişdirdi
Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə Qarabağdan danışıb
Xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb. XİN-dən “Olaylar”a bildirilib ki, görüş zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb.
Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dilində
Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub.
Ankarada Xocalı soyqırımı anılacaq
Milli Məclisin deputatı Elman Məmmədov fevralın 19-dan 28-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkili Ankaranın Qızılcahamam, Keçiörən, Altındağ bələdiyyələrində, Kastamonu Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimlərində iştirak edəcək.
Çavuşoğlu: "Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girsə, kimsə bizi dayandıra bilməz"
Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi vəBəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.
Azərbaycanda prezident seçkilərini müşahidə edəcək MDB missiyasının səfər tarixi məlum oldu
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir. Bu barədə təşkilatdan məlumat verilib. Qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.
AŞPA Azərbaycanda prezident seçkilərinə müşahidə missiyası göndərməklə bağlı martın 15-də qərar verəcək
Avropa Şurası Paprlament Assambeyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi ilə bağlı martın 15-də qərar verəcək.
Erməni ekspert: "Ermənistan bu məsələdə ziyan çəkəcək"
"ABŞ sanksiya altında olan Rusiya şirkətləri ilə işgüzar əlaqələr quran dövlət və müəssisələrlə bağlı sanksiya tətbiq etməsi Ermənistan üçün təhlükəlidir". Erməni mətbuatının verdiyi xəbərə gör, bu barədə ekspert Gevorq Melikyan bildirib.
Ermənistanın blokadası davam edəcək
“Ermənistan prezidenti Serj Sərkisyan Münhen Təhlükəsizlik konfransında Ermənistan -Türkiyə əlaqələrinin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının reallaşmamasında rəsmi Ankaranı iddiham edib. O, bu sürəcin dayanmasında Türkiyə tərəfinin ilkin şərtlər irəli sürməsindən gileylənib”.
Arzu Nağıyev: “Azərbaycan əsas portnyora çevrilir”
Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək. Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
İlham Əliyev: "Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqiyə başlıca maneədir" - YENİLƏNİB
Prezident İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı AzərbaycanınAvropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına heş bir şübhə yoxdur
Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte ilə bağlı məsələ hələ də gündəmdədir. Hətta bu məsələdə AŞ PA-da təmsil olunan iki deputatımızın da adı hallanır. Məsələnin Azərbaycanın xeyrinə həll olunacağı, ölkəmizə qarşı qarayaxma kompaniyasının fiaskoya uğrayacağı şübhə doğurmur.













