Ərdoğandan ŞOK açıqlama: "Türkiyədə himnin musiqisi dəyişməlidir..."
14 Mart 2018 15:01 SiyasətƏrdoğan İstiqlal Marşınnın musiqisini dəyişə biləcəyi mesajını verib.
A24.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Beştəpə bölgəsində 46-cı Muxtarlar yığıncağında çıxış edib.
Ərdoğanın çıxışı zamanı bildirib:
"Ən böyük kədərim bu misilsiz himnimizin əsl mənasını təcəssüm etdirən bir bəstənin olmamasıdır. Himnin sözləri ilə musiqisi bir-birini tamamlamalıdır. Burada bəstəkarlara böyük iş düşür. İnanırıq ki, böyük bir iş görə biləcəyik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31