Siyasət

ATƏT PA-nın qış sessiyası öz işinə başlayır

22 Fevral 2018 11:53

Fevralın 22-də Avstriyada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası öz işinə başlayır. Məlumata görə, fevralın 22-23-də Vyanada keçiriləcək toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Estoniya deputatları Xocalıya dair xüsusi bəyanat veriblər

22 Fevral 2018 11:49

Estoniya parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Denis Borodiç qrupun üzvləri adından Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Ermənilər 96 dəfə atəşkəsi pozub

22 Fevral 2018 11:46

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

XİN: "Prezident seçkilərini izləmək üçün Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara müraciətlər göndərilir"

22 Fevral 2018 11:36

Aprelin 11-də prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara müraciətlər göndərilir. Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb

22 Fevral 2018 11:26

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) və Baş ProkurorluqSumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb. Məlumata görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib ki, bəyanat Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə göndəriləcək və beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırlacaq.

XİN: Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi

22 Fevral 2018 11:17

“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib.

Eldar Sultanov: “Sumqayıt hadisələri ermənilərin törətdiyi istintaqla sübuta yetirilib”

22 Fevral 2018 11:15

Sumqayıt hadisələri ilə bağlı hazırda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Pakistanlı general: "Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm" - FOTO

22 Fevral 2018 09:06

Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan Xarici İşlər Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilib.

Milli Məclisin komitə sədri Xocalı soyqırımına görə İsrailə gedir

21 Fevral 2018 18:30

Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində Heydər Əliyev Fondunun dəstəyi və “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcək.

Rəşadət Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilib

21 Fevral 2018 18:24

Prezident İlham Əliyev Rəşadət Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisin birinci vitse-spikeri Rusiyada seçki kampaniyası haqqında

21 Fevral 2018 18:25

Rusiyada prezident seçkiləri çərçivəsində seçkiqabağı kampaniya konstruktiv, sakit və mövcud qanunvericiliyə uyğun olaraq davam edir. Məlumata görə, bunu Moskvada MDB Parlamentlərarası Assambleyasında beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən şəxslər təltif edilib - SİYAHI

21 Fevral 2018 18:20

Prezident İlham Əliyev Azərbaycanda avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.