Siyasət
Orduxan Teymurxan ermənilərə qahmar çıxdı: “Onlar vandal deyillər” - FAKT
Avropada “siyasi mühacir” adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən blogger Orduxan Teymurxan (Bəbirov) növbəti dəfə onu pulla satın almış erməni lobbisinə qahmar çıxıb. Belə ki, digər xəyanətkar “məsləkdaşları” ilə birgə toplantı keçirən və “şərəfsiz” sözünü özünə təhqir hesab etmədiyini deyən və tez-tez “demokratik dəyərlərdən”, “ədalətdən” dəm vuran O.Teymurxan bu dəfə daha izafi xəyanətkarlığa yol verərək, iddia edib ki, tarixi Qərbi Azərbaycan torpaqlarında və işğal edilmiş Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılan azərbaycanlı məzarlıqları heç də onların vandallıqları sayəsində məhv olmayıb və s. Onun ucuz təfəkkürünə görə, guya ermənilərin otlaq sahəsinə çevrilmiş həmin məzarlıqları donuzlar, keçilər və mal-qaraları dağıdıb (?!-R.N.)
Kristian Vigenin Minsk qrupu həmsədrlərini tənqid etdi
ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib. Bu gün ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən K. Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim.
İranla hərbi əməkdaşlığın mümkün perspektivləri
Bu günlərdə cənub qonşumuz İran İslam Respublikası müxtəlif istiqamətli manevrlər etməkdədir. Bir tərəfdən Suriyada Türkiyənin və Qərbin artan gücündən ehtiyatlanan Tehran, digər tərəfdən Cənubi Qafqazda NATO və Qərbin möhkəmlənməsindən əndişə keçirir. Hər iki narahatçılıq və əndişə isə Tehranı yaxın qonşuları ilə münasibətlərə yenidən nəzər yetirmək məcburiyyətində qoyur.
Prezidentliyə 2 namizəd həbs edildi - Rusiyada
XİN Nalbandyana cavab verib
"Ermənistan xarici işlər işlərAvropa Parlamentində çıxış edərək Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barəsində maarifləndirmək məcburiyyətindəyik".
Xocalı faciəsinə həsr edilmiş konfrans
Fevralın 23-də İstanbulda Üsküdar Universitetinin Nermın Tarhan Konfrans Salonunda Azərbaycanın İstanbul Baş Konsulluğunun yaxın iştirakı ilə Xocalı soyqırımına həsr edilmiş konfrans keçiriləcək. Konfransda professor Sırrı AKBABA soyqırımla əlaqədar çıxış edəcək. Xocalı soyqırımı – “Zülmdən qaçış” sənədli filmi nümayiş etdiriləcək.
Bir sıra avropalı ekspertlərin Dağlıq Qarabağ probleminə olan yalnış yanaşması
Son vaxtlar Qərbdə, Avropada Dağlıq Qarabağ münaqişəsi barədə o qədər də doğru olmayan, qərəzli və əsassız fikirlər, mülahizələr irəli sürülür, proqnozlar verilir. Bir çox hallarda isə tarix açıq şəkildə təhrif edilir. Bu günlərdə Qarabağ üzrə tanınmış ekspertlərdən olan Tomas de Vaalın dərc edilən məqaləsində də bu kimi yanaşmalara rast gəlinir. Millət vəkili Sahib Alıyev deyib ki, Qərbdə Qafqaz və daha çox da Dağlıq Qarabağ problemi üzrə ən çox tanınan ekspertlərdən biri Tomas de Vaalın Moskvadakı Kornegi Mərkəzinin saytında dərc edilmiş məqaləsi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatlar Sovetinin sessiyasında təsdiqlənən qanunsuz akt və sonrakı proseslərə həsr olunub. Millət vəkilinin sözlərinə görə, “ Qarabağ konflikti “minimal layihə” kimi” adlı məqaləsində müəllif o zaman baş verənlərə yanaşmada neytral görünməyə çalışsa da, obyektiv deyil və çoxlu səhvlərə yol verib: “Birinci səhv ondadır ki, o, Sumqayıt hadisələrinin arxasında SSRİ DTK-nın dayanmadığını, onun Ermənistanda yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqda yayılan saxta informasiyalar əsasında kortəbii baş verdiyini bildirir.Birincisi, onun saxta informasiya adlandırdığı heç də saxta deyildi.
Artur Rasi-zadə: "Ermənistan qeyri-konstruktiv və perspektivsiz siyasət aparır"
Azərbaycanın Baş naziri Artur Rasi-zadə İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xocalı soyqırımını törədənlər niyə cəzasız qalıblar?
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi iş aparılır. Etiraf edilməlidir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət kampaniyası” bu gün də davam etdirilir və uğurlu nəticələr əldə edilib. Məhz görülən işlərin nəricəsidir ki, bu gün Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır.
Müdafiə naziri Belarusa gedib
Fevralın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın Müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.
Deputatdan Qarabağ çağırışı: Azərbaycan-Türkiyə…
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə "Qarabağdan Aydına könül körpüsü” layihəsi çərçivəsində Türkiyənin Aydın vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.
Ermənistan ordusunun xüsusi uçan aparatı ələ keçirildi
Fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.
Politoloq: “ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır”
“Fransa Xarici İşlər Nazirliyinin separatçı Qarabağ rejiminin 30 illiyi münasibəti ilə təbrik məktubu beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır”. Bunupolitoloq Vasif əfəndiyev deyib.
ABŞ İrəvanın əl-qolunu bağlayır: Bakı üçün mühüm şans
Amerika gec də olsa, başa düşdü ki, Ermənistana yardım etməklə dolayısı ilə işğalçı ölkədəki rus hərbi bazalarına yardım etmiş olur.
İsraildə Xocalı soyqırımı anılacaq
İsrailin Tel-Əviv şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirəcək. Milli Məclisdən verilən məlumata görə, tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edəcək.














