Siyasət

YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün imzaları MSK-ya təqdim edib

23 Fevral 2018 11:45

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə Yap-dan məlumat verilib. Məlumatda bildirilir ki, partiyaİlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

Xocalı soyqırımına həsr olunmuş film Kaliforniyada nümayiş olundu

23 Fevral 2018 11:45

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin Birinci Universalist Unitar Kilsəsində Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbri keçirilib. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və San Dieqo-Bakı Dostluq Assosiasiyası tərəfindən keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Ermənistanın Dağlıq Qarabağdakı qoşunlarının komandanı Ermənistan-RF birgə qoşunlarının komandan təyin edildi

23 Fevral 2018 11:10

Prezident S.Sərkisyan general-mayor Tiqran Parvanyanı I ordu komandanlığından azad edib, Ermənistan-Rusiya qoşun birləşmələrinə komandan təyin etdi. T.Parvanyan I ordunun komandanı olmaqla yanaşı, həm də Ermənistan-Dağlıq Qarabağ birgə işğalçı qoşunlarının komandanı idi.

Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması...

23 Fevral 2018 09:25

“Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir”. Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Moskvada çıxan “İrs-Naslediye” jurnalının növbəti nömrəsində dərc olunmuş məqaləsinin birinci hissəsində yazır.

Seçkiqabağı təşviqat məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşdi

22 Fevral 2018 18:45

Seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lər müəyyənləşib. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb

22 Fevral 2018 18:40

Prezident İlham Əliyev Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

22 Fevral 2018 18:19

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Azay Quliyev erməni deputatı susdurdu

22 Fevral 2018 18:07

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib.

Azərbaycanda yeni medal təsis edilib

22 Fevral 2018 17:59

Prezident İlham Əliyev “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 13 fevral tarixli qanununun tətbiqi haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

22 Fevral 2018 17:56

Prezident İlham Əliyev Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ukrayna portalında Xocalı soyqırımına dair məqalə dərc olunub

22 Fevral 2018 17:18

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Xocalı soyqırımı ilə bağlı məqaləsi verilib. Ukrayna dilində yayılan məqalədə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edilir.