Siyasət
“Əfv Sərəncamı Cümhuriyyət bayramı ərəfəsində veriləcək”
“Əfv Komissiyasına müraciətlər daxil olmaqda davam edir. Əgər Novruz bayramına qədər müraciətlərə baxılma prosesi başa çatdırılacaqsa, sərəncam Novruz bayramı ərəfəsində verilə bilər. Bütövlükdə müraciətlərə baxılması davam edəcəksə, əfv sərəncamı Cümhuriyyət bayramı ərəfəsində veriləcək. Təbii ki, əfv sərəncamının verilməsi Prezidentin səlahiyyətlərinə aid olan məsələdir”. Məlumata görə, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Xocalı soyqırımı-bəşəriyyətə qarşı yönəlmiş cinayət
Bəşəriyyət neçə-neçə soyqırım aktlarının şahidi olub. Bu aktların hər biri insanlığa qarşı törədilən cinayət kimi tarixə yazılıb. Ruanda hadisələri, Yuqoslaviya qırğınları, Kambocada Pol Pot rejiminin törətdiyi cinayətlər və digər soyqırım aktları artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və beynəlxalq cinayət kimi qəbul olunub. Təəssüflə qeyd etmək lazımdır ki, tarixdə analoqu olmayan Azərbaycanlı soyqırımı indiyə qədər də öz lazımi qiymətini almayıb.
Xocalı soyqırımının 26-cı ildönümü Daşkənddə qeyd edilib
Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Rusiyalı jurnalistin adı XİN-in "qara siyahı"sından çıxarılıb
Rusiya Federasiyası vətəndaşı, “Rodnik” qəzetinin jurnalisti Svetlana Sarıçeva Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim sadiq olub"
"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman ilə görüşüb.
Müsavatdan sonra, KXCP-də də gərginlik yaranıb TƏRS BAXIŞ
Son vaxtlar ənənəvi müxalifət cinahında baş verən istefalar, eləcə də sədr-müavin savaşları artmağa başlayıb. Belə ki, Müsavat partiyasında Tofiq Yaqublu məsələsinin ardınca, KXCP sıralarında da bənzər olay yaşanıb. Daha dəqiq desək, T.Yaqublunun başqan müavinliyi və divan üzvlüyündən çıxarılmasının səbəbi olaraq, onun AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura”da təmsil olunmasıydı.
Siyasi şərhçi: “Hollandiyanın bu əməlini qınayırıq"
“Fevralın 22-də Niderland parlamentinin Nümayəndələr palatasının uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsi ənənəvi türk düşmənliyindən qaynaqlanır. Yəni Avropanın bir çox ölkələri əslinə qalanda ermənilər üçün o qədər də yanmırlar. Sadəcə olaraq türkləri həzm edə bilmədiklərinə görə, bütövlükdə Türkiyə dövlətinin, eləcə də onunla yaxın dost, qardaş olan digər dövlətləri, o cümlədən Azərbaycanı həzm edə bilmədiklərinə görə, bu kimi məsələlərlə üstümüzə gəlirlər”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Deputat: “"Hay"lar yenə hay-həşir salıblar”
Ötən gün erməni tərəfi cəbhə bölgəsində daha bir təxribata cəhd edib və təxribatın qarşısı alınıb. Düşmən tərəfi cavab atəşi ilə susdurulub.Atışma zamanı erməni əsgər, 1998-ci il təvəllüdlü Qriqor Eqoyan ölüb.
Azərbaycan XİN: Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir
Oqtay Əsədov: “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”
“Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin bu plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”
“Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən artıq insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Leyla Əliyeva Xocalı faciəsinə həsr olunmuş tamaşada — FOTO
Prezident: “Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.













