Tramp ailəsindən ŞOK qərar - BOŞANIRLAR
17 Mart 2018 00:20 SiyasətABŞ prezidenti Donald Trampın ailəsi yenidən maqazin gündəmini fəth edib.
Yenicag.az xəbər verir ki, Trampın böyük oğlu Donald Tramp Jr. 12 illik həyat yoldaşı Vanessa Tramp ilə boşanmağa hazırlaşır. Cütlük ailə həyatlarını sona çatdırdıqları barədə ortaq yazılı açıqlama verib:
"12 illik evlilikdən sonra yollarımızı ayırmağa qərar verdik. Hər zaman bir-birimizə və ailələrimizə qarşı hörmət bəslədik. Sahib olduğumuz 5 övlad bizim üçün hər şeydən vacibdir, bu, belə də qalacaq".
Qeyd edək ki, məsələ ilə bağlı Ağ Ev açıqlama verməkdən imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31