Siyasət

Milli Şura sədri İstanbulda “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib

23 Aprel 2018 13:25

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İstanbul şəhərində keçirilən “Qlobal Sahibkarlıq Konqresi 2018”-də iştirak edib.  “OLAYLAR” xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı dünyanın 170 ölkəsindən 7 min sahibkarlar, investorlar, tədqiqatçılar və sahibkarığın inkişafına cavabdeh nazir və siyasətçilər iştirak edib.

Azər Həsrət istefa verdi

23 Aprel 2018 13:25

“Prezidentin verdiyi qərarların faydalarını çox da gözləmək lazım gəlməyəcək” -  Zahid Oruc

23 Aprel 2018 13:20

Milli Məclisin deputatı Zahid Oruc ötən həftə prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirib.  Zahid Oruc  deyib ki, komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə əqli mülkiyyət agentliyinə verilib.

Düşmən 104 dəfə atəşkəsi pozub

23 Aprel 2018 13:02

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 104 dəfə pozub.

"AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı"

23 Aprel 2018 12:58

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğrayıb. Bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

Rasim Musabəyov: “Sarkisyan qan töksə onun vəziyyəti çətin olacaq”

23 Aprel 2018 12:54

“Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan qan tökməsə və bütün Ermənistanı özünə qarşı qaldırmasa vəziyyəti hansısa bir şəkildə nəzarətdə saxlamaq imkanları var”. Bunu  politoloq Rasim Musabəyov deyib.

Millət vəkili: “Azərbaycan böyük enerji ölkəsi kimi tanınır" 

23 Aprel 2018 12:50

“Son 15 ildə Azərbaycan dövlətinin həyata keçirtdiyi islahatlar və Azərbaycan vətəndaşının rifah halının yüksəlməsi, iqtisadi, siyasi, mədəni inkişafı göstərir ki, Azərbaycanda bu qədər ardıcıl inkişaf tendensiyasının olduğu bir dövr müşahidə olunmayıb”. Bunu  millət vəkili Cavanşir Feyziyev deyib.

“Prezidentin bu addımlarını dəstəkləməyə davam edəcəyik” 

23 Aprel 2018 12:31

“İstər struktur, istərsə də kadr dəyişiklikləri tam olaraq zamanın və cənab Prezidentin strateji məqsədlərinin tələblərinə cavab verir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Politoloq: “Ermənistan vəziyyətdən çıxmaq üçün təxribatlara əl atır” 

23 Aprel 2018 12:29

“Düşmən ölkənin yeni baş naziri Serj Sarkisyan elə düşünürdü ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra rahat şəkildə öz vəzifəsini icra edəcək. Lakin buna nail ola bilmədi. Artıq Ermənistanda vəziyyət nəzarətdən çıxıb”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Müdafiə Nazirliyi: "Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək"

23 Aprel 2018 12:20

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Əli Həsənov struktur dəyişikliklərdən DANIŞDI- VİDEO

23 Aprel 2018 12:16

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan Televiziyasının (AzTV) “Həftə” proqramının qonağı olub.

Rusiyalı nazir: "Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır"

23 Aprel 2018 12:03

“Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Azərbaycan prezidenti Rusiya iqtisadi inkişaf nazirini qəbul edib

23 Aprel 2018 11:52

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

AŞ PA-nın yaz sessiyasına start verildi

23 Aprel 2018 11:23

Aprelin 23-dən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, sessiyada MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da AŞPA-nın yaz sessiyasında iştirak edir.

Aİ-nin əksər  təmsilçiləri üçün Serj Sarkisyan əgər Həzrəti İsa deyilsə də, ən azı onun 13-cü həvarisidir

23 Aprel 2018 11:12

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi aprelin 18-i gecə yarısı və bazar günü, aprelin 22-də Ermənistandakı mitinqlərə münasibət bildirən bəyanatlar yaydı. Bəyanatda diqqət çəkən bir fikir var idi ki, Ermənistan hökuməti ictimai təhlükəsizlik naminə əndazəni aşmayan həddə qanunu tətbiq edə bilər.