Müsavat Partiyasının yeni biznesi- arayış satışı

Və ya demokratiya, azad cәmiyyәt, şәffaflıq devizlәri altında imic yığan partiyanın fəaliyyətindəki qaranlıq mәqamlar

Zaman-zaman ölkənin radikal siyasi qanadını təşkil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının bir çoxlarına Avropanın ayrı-ayrı ölkələrindən siyasi sığınacaq almaq məqsədilə arayışlar, partiya vəsiqələri satdığı barədə fikirlər səsləndirilsə də, qarşı tərəf hər vəchlə bunu təkzib etməyə, ortada alver predmeti olmadığı barədə görüntü yaratmağa çalışırdı. Baxmayaraq ki, hətta radikalların xeyir-duası və sehirli arayışları ilə Avropaya üz tutan bəzi "ictimai siyasi fəallar" da qoca qitədə özlərinə yer tutandan və radikallardan asılılıqları tam aradan qalxdıqdan sonra bu faktı etiraf edirdilər, lakin nəı, AXCP, nə də Müsavat bu iddiaları yaxına belə buraxmaq istəmirdi. Lakin bu günlərdə Avropada yaşayan və bir vaxtlar Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin Məclis üzvü və AKM-nin Almaniyanın Bayern əyalətinin korrdinatoru olmuş Zakir Ağayev adlı soydaşımızın etdiyi etiraflar radikalların çirkli niyyətlərini tam çılpaqlığı ilə ortaya çıxarıb. Zakir Ağayev Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin fəaliyyəti, sözügedən mərkəzin, dolayısıyla da Müdavat Partiyasının asan yolla gəlir ıldə etmək niyyətləri və həmin niyyəti reallaşdırmaq istiqamətində atdığı addımlar, etdiyi gedişlər barədə yazarkən qeyd edir ki, bu gün Avropada hər kəsi bir sual düşündürür. Almanyada rəsmi qeydiyyatdan keçmiş Müsavat Avropa Koordinasiya Mərkəzi arayış satırmı?. Müsavat Partiyasının AKM-nin İdarə Heyətinin keçmiş üzvü deyir ki, bu həm Avropada, hәm dә Azәrbaycanda son vaxtların әn populyar söz-söhbәtinә çevrilib: "Hәr hansı çirkli әmәl zamanı alıb-satmağı sübut etmәk çox çәtindir. Çünki pul şәxsin öz xoşuyla verilirsә demәk alan da razı, satan da.  Saxta sənəd alan heç vaxt demәz ki, mәn özümü saxta siyasi mühacir qayırmaq üçün filan gәdәr pul verib arayış-vəsiqə almışam. Həmçinin də satan bunu demәz. Avropada belәdir ki, zәrәrçәkmiş tәrәfindәn şikayәt daxil olmayınca polis bu cür mәsәlәyә müdaxilә etmir. Şikayәti dә kim edәcәk? Kim gedib deyәcәk ki, mәn pul verib saxta arayış almışam".

O zaman Müsavatın Avropa Koordinasiya Mərkəzinin arayış satır iddiaları necә meydana çıxır? Zakir Ağayev bildirir ki, bu cür qaranlıq sualların ortaya çıxmasında elә Müsavat AKM-in özünün qaranlıq әmәllәrinin rolu az deyil: "Bu günlər Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin həmin qaranlıq fəaliyyətinin ictimai müzakirә olunmasına ehtiyac var.  Müsavat AKM yarandığı 18 ay әrzindәәn az 150 nәfәrә Avropanın müxtәlif Miqrasiya idarәlәrinә tәqdim etmәk üçün arayışlar verib. Əslində isə bu rәqәm 300-ә yaxınlaşır. Sadәcәәlimdәki faktlara uyğun 150 deyirəm. Bu arayışlarda hәmin şәxslәr Azәrbaycanda siyasi fәal, siyasi fәaliyyәtinә görә hәbs olunmuş, işgәncәlәr görmüş fәdakar şәxslәr kimi tәqdim olunur. Daha aydınlaşmış şәkildә deyim: Mәsәlәn Xәdicә Ismayıl çapında bir hakimiyyәt әleyhdarı bu arayışlardan birini oxusa başlayıb hәmin şәxsә qibtә edәr ki, niyә mәn indiyә kimi bu adam kimi mübarizә apara bilmәmişәm. Mәn az-çox Azәrbaycanda siyasi fәaliyyәtlә mәşğul olmuşam, demәk olar ki, bütün siyasi fәalları tanıyıram. Son 3 ildә Avropaya 5-10 nәfәri çıxmaq şәrtiylә heç bir siyasi fәal gәlmәyib. O zaman bu arayışlar kimlәrә vә hansı mәqsәdlә verilib? Sәxavәt Soltanlı bu qaranlığa işıq salsa, Müsavat sәnәd satır iddialarının böyük qisminә cavab vermiş olacaq. Yoxsa "bizә şәr-böhtan atırlar , fakt qoysunlar" demәklә yaxa qurtarmaq olmaz . Әn böyük fakt elә budur".

Bəs Müsavat Avropa Koordinasiya Mərkəzinin arayış verdiyi şәxslәr kimlərdir?

Zakir Ağayev deyir ki, bu sualın açıq qalması "Müsavat arayış satır" deyәnlәrin arqumentini güclәndirir: "Qaranlıq mәqam tәkcә bu deyil. Hәlәlik bu suala cavab tapaq, digәrlәrini dә açıqlayacağam. Mәn Müsavat Avropa Koordinasiya Mərkəzindә Məclis üzvü, Bayern әyalәti üzrә koordinatoru olmuşam. Bu cür qaranlıq mәqamları istәr AKM, istәrsә dә Müsavat Partiyası rәhbәrliyindә qaldırdığıma görә hücumlara mәruz qalmışam. Bu mövqeyimә görә AKM-dәn, sonra isә Müsavat Partiyasından saxta ittihamlarla uzaqlaşdırılmışam. Bu problemin Müsavat daxilindә hәll olunmasına nail ola bimәdiyim üçün yavaş-yavaş ictimailәşdirmәk qәrarına gәldim. Demokratiya, azad cәmiyyәt, şәffaflıq vә sair devizlәri altında imic yığan, bu deviz altında hakimiyyәtә gәlmәk istәyәn bir tәşkilatın özündә qaranlıq mәqamlar baş vermәmәlidir, haqq sözünü deyәni, bu qaranlıqların açılmasını istәyәnlәri saxta ittihamla cәzalandırmamalıdır. Bu kimi hallar 100 illik tarixi ilә öyündüyümüz Müsavatda da baş verirsә yazıqlar bizә".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31