Turizimçilər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli  dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan  olmasının 95-cü ildönümü günüdür. Bu münasibətlə, Azərbaycan Turizm  Assosiasiyasının (AZTA) rəhbərliyi və üzvləri Ümummilli Lider Heydər  Əliyevin məzarını ziyarət etdilər.

"OLAYLAR"-a AZTA-dan daxil olan məlumata görə,  Azərbaycan Turizm Assosiasiyasının rəhbərliyi və üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyublar, Ulu Öndərin  xatirəsini ehtiramla yad etdilər.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə  xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31