Oqtay Əsədov: “Azərbaycanın müstəqilliyini qorumaq Heydər Əliyevin sayəsində mümkün olub”

Milli Məclisin mayın 10-da keçirilən xüsusi iclası Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilib.

"Olaylar" xəbər verir ki, iclasa Milli Məclisin spikeri Oqtay Əsədov məruzə ilə çəxəş edib. Bildirib ki, Azərbaycan dövlətinin müstəqilliyi Heydər Əliyevin sayəsində qorunub, saxlanıb. Heydər Əliyev bütün dövrlərdə xalqın ümidlərini doğruldub, əsl lider olduğunu nümayiş etdirib: "SSRİ-də ən geridə qalmış ölkə olan Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə inkişaf edib. Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət kimi Konstitusiyada əksini tapıb. SSRİ-nin müxtəlif şəhərlərinə gənclərimiz ali təhsil almağa göndərilib. Heydər Əliyev SSRİ Nazirlər Kabinetində çalışarkən də Azərbaycan üçün çox şey edib. 1987-ci ilin oktyabrında Heydər Əliyev SSRİ-də hakimiyyətdən uzaqlaşdırılandan sonra isə Azərbaycanın faciələri başladı".

O. Əsədov 1990-cı illərin əvvəlində rəhbərliyin təcrübəsizliyi, naşılığı səbəbindən Azərbaycanın müstəqilliyinin təhlükə altına düşdüyünü qeyd edib : "Xalq Cümhuriyyətinin müstəqilliyini qorumaq mümkün olmasa da, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq məhz Heydər Əliyevin sayəsində mümkün olub. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi, ölkənin ictimai-siyasi həyatı üçün çox mühüm qərarlar qəbul edildi. Heydər Əliyevin xilaskarlıq missiyasında ilk addım ölkəni parçalanmaqdan qorumaq olub. Milli Ordumuz gücləndirildi, Azərbaycanla silah dilində danışmağın mümkün olmadığı ortaya qoyuldu və atəşkəs müqaviləsi imzalandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31