Siyavuş Novruzov: “Heydər Əliyevi ağrıdan o idi ki, vaxtilə çörək verdiyi insanlar parlamentdə onun üzünə durdular”

"Heydər Əliyevin ədalətli insan idi. O, ədalət prinsiplərini əsas tuturdu. O, mübariz insan idi".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili, Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, onu ağrıdan o idi vaxtilə çörək verdiyi insanlar parlamentdə onun üzünə durdular: "Ulu öndər humanist insan idi, hər bir insanın taleyini fikirləşirdi. Milli Məclisdəki insanların üzərində Heydər Əliyevin haqqı var. Onun qurub yaratdığı Azərbaycan müstəqil yaşayır, borcumuz bunu qorumaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31