Siyasət
Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu - Video
“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisə göndərildi
Hadı Rəcəbli: “Birinci qrup əlillərlə bağlı yeni məqam ortaya çıxıb”
Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə həmkarını XİN-nin Fəxri diplomu ilə təltif edib.
Beşdən çox uşağı olan qadınlara 33 manat müavinət veriləcək
Beşdən çox uşağı olan qadınlara müavinətin miqdarı 30 manatdan 33 manata qaldırılıb. Məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb. Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.
Çinlə hərbi sahədə əlaqələrin inkişafı Ermənistanı təşvişə salıb
Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanla müharibə şəraitində olduğundan öz hərbi qüdrətini ildən-ilə artırmaq, yeni silah-sursat almaq mıəcburiyyətində qalır. Son illər bu sahədə dünyanın hərbi cəhətdən qabaqcıl ölkələri ilə qurulan əlaqələr, ikitərəfli qaydada hərbi əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın hərbi qüdrəti və potensialının artması fonunda özünü aydın şəkildə göstərir. Bu günlərdə rəsmi Bakı hərbi sahədə daha bir uğurlu addım atıb desək yanılmarıq.
XİN sözçüsü: “İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur”
“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı və layiqli tərəfdaş kimi qəbul edilir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin yeni saytı yaradılır
Elman Məmmədov: "Azərbaycanın inkişafı bir sıra dairələri narahat edir"
“Azərbaycanda mühüm hadisələr ərəfəsində bəzi xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyaların arxasında erməni lobbisinin pulu dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
"AŞPA-nın mövqeyi ikili standartından başqa bir şey deyil”
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı sonuncu qətnaməsi bir sıra düşündürücü məqamları ortaya qoydu. Bu təkcə Azərbaycana qarşı ikili standartın təzahürü deyil, eyni zamanda Avropa Şurasının özünün 60 ilə yaxın bir dövr ərzində dünyanın başqa ölkələrinə təlqin etmək istədiyi müxtəlif dəyərlərin ikili standartından başqa bir şey deyil”. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.














